“Biz özümüzü dayanmadan altı ay ərzində Təl-əvivi raketlə vurmağa hazırlamışıq”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu HƏMAS-ın hərbi qanadı “İzzuddin əl-Qəssam Batalyonları”nın mətbuat xidmətinin rəhbəri Əbu-Ubeyda deyib.
O bu gün Təl-Əviv istiqamətdə raketlərina atıldığını bildirib və qeyd edib ki, “İsrailin paytaxtına edilən hücum bu gün sübh Qəzzada əş-Şati qaçqın düşərgəsinə edilən hücuma və burada 11 uşaq və qadının ölümünə bir cavabdır.”
O vurğulayıb ki, “İzzuddin əl-Qəssam Batalyonları” özünü Təl-Əvivi altı ay boyunca raketlərlə intensiv hədəfə almaq üçün hazırlayıblar."
Bu arada İsrail mənbələri Tələvivin böyük rayonlarından olan Ramat-Qana raketlərin düşdüyü və burada yanğın və dağıntıların olduğunu bildiriblər.