• Şikayət et

Fəryad qoparan xatirələr... - Bəhruz Niftəliyevdən yeni şeirlər

Azerforum.com yazar Bəhruz Niftəliyevin yeni şeirlərini təqdim edir:

 Yağ ey yağış,yağ ginen sən
Qarabağ dan o ləkəni silmişik biz!
Yağginen ki,qoy silinsin düşmənlərdən qalan hər iz.
Yağginen sen , Xarı Bülbül susuz qalıb
Yağ, yağ denən sen Qarabağa,
İgidlərin zəfər çalıb
Yağginən sən ,ürəklərdə sərinləsin
30 ildi bu həsrətlə odlanırdı
30 ildi masalarda aldanırdı
Biz canı qurban deyərək ,qazanmışıq bu zəfəri
Var yurdumun gör nə qədər Qaziləri ,Şəhidləri
Düşmənlərə qan udduran igidləri.
Yağma yağış,səngərimdə əsgərim var söyləmişdik
Səndən möhlət istəmişdik
Daha bəsdi ,sən daha yağ
Yağ ki coşdur bulaqları,
Yağ leysan ol ,yu dağları, yamacları
Qoy sulansın zəmiləri, ağacları
Hələ bir az gəl qabağa,
Biz gəlirik Qarabağa,
Sən qarşıla yağa-yağa.

****

Qorxuram gecənin qaranlığından,
Qorxuram azdırır gecələr məni.
Qorxuram ağlımın sərxoşluqindan,
Qorxuram yuxuma gətirər seni.

Gecələr gah şirin bal kimi olur,
Insana bir nurlu səhər gətirir.
Bezende köhnələr düşür yadına,
Nələr itirmisən nələr, gətirir.

Gah o xatirələr fəryad qoparır,
Gah gözəl günlərin seni güldürür.
Gah səni xatirən alıb aparır,
Ölmüş ilk sevgin tək ,seni öldürür.

Hərdən uşaqlığın düşür yadına,
Köhnə məhəllədə, köhnə dostlarin
Rahat yaşamağın, pulun badina,
Necə itirmisən hamsin bunların.

Gör nələr vermisən badə ey insan,
Hardan hara gedib ömür qatarın.
Daha peşmançılıqin faydası yoxdur
Vaxtında biləydin qədrin bunların.

*****

 Bilmirəm nədəndir,hər qış gələndə,
Səni xatırlayıb səni anıram
Qəribə duyğular oyanır məndə,
Qəlbimdə alışıb alovlanıram.

Sənə ürək verdim qədrin bilmədin,
Mən sənə aşiqdim məni görmədin,
Sən əqyarı sevdin məni sevmədin,
Yenədə mən səni çox qısqanıram.

Mənə xatirələr qalıb köhnədən,
Sevgi  əzabdır mənim üçün, nədən?
 Hələdə keçəndə sizin məhlədən,
Mən sizin eyvana hey boylanıram.

Ömür qurban verdim sevgi badına,
Nakam bir məhəbbət dedim adına,
Bəlkədə düşmürəm sənin yadına,
Hardasan,Neylərsən, sorağlanıram.
Bir ömür sən mənə yad qalacaqsan,
Uzağdan uzağa maraqlanıram.

0
5886
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar