Filippin yaxınlığında 5,6 bal gücündə zəlzələ olub

Avqustun 27-də Filippinin Mindanao adasının yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentri körfəzdə, Qlan bələdiyyəsindən 28 kilometr cənub-şərqdə, ocağı 63 kilometr dərinlikdə yerləşib.

Mütəxəssislər həmin rayonda təkrar təkanların mümkünlüyünü istisna etmirlər. Belə ki, ilk təkandan təqribən 27 dəqiqə sonra Qlan bələdiyyəsindən 6 kilometr məsafədə 2,3 bal gücündə ikinci təkan qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.


Mənbə:
0
471
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar