• Şikayət et

Finlandiyanın turizm sektoru koronavirus səbəbindən 7 milyard avro itirib

Finlandiyanın turizm sektoru koronavirus pandemiyası səbəbindən çoxmilyardlı itkilərə məruz qalıb.

AZƏRTAC Finlandiya İqtisadiyyat və Məşğulluq Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ildə ölkənin turizm sektoru 7 milyard avro itirib.

Koronavirus pandemiyası və bununla əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə, vətəndaşların Finlandiya daxilindəki səyahət xərcləri 40 faizdən çox azalıb. Ümumilikdə, 2020-ci ildə yerli və xarici turistlər Finlandiyada 9,3 milyard avro xərcləyib ki, bu da 2019-cu ildə istirahət edənlərin xərclədiyi məbləğdən təxminən 7 milyard avro azdır.

Ekspertlərin fikrincə turizm sahəsində belə əhəmiyyətli dərəcədə geriləmənin əsas səbəbi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Finlandiya, həm də digər ölkələrdə qəbul edilmiş səyahət siyasəti və məhdudlaşdırıcı tədbirlərlə bağlıdır.

Nazirlikdən bildiriblər ki, Finlandiyanın turizm sənayesi, həm də xaricdən gələn qonaqların çatışmazlığından itkilərə məruz qalıb. Bununla birlikdə yay aylarını Finlandiyada keçirməyə üstünlük verən turistlərin sayındakı artım, sektorun əsas maliyyə itkilərini müəyyən dərəcədə kompensasiya edib

Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin hesablamalarına görə, bütövlükdə 2020-ci ildə ölkə iqtisadiyyatının digər sahələrinə turizm sektoru qədər zərər dəyməyib. Dəqiqləşdirilmiş məlumatlara görə, ÜDM-də azalma təxminən üç faiz təşkil edib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə:
0
521
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar