• Şikayət et

Fransa klubunda koronavirusa kütləvi yoluxma aşkarlandı

Fransanın "Loryan" komandasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisində daha 4 futbolçunun testi müsbət çıxıb.

Bununla da virusa yoluxan oyunçuların sayı 11-ə çatıb. Onların hər biri karantinə alınıb.

Qeyd edək ki, "Loryan" klubu 19 turdan sonra 12 xalla 20 komanda arasında 19-cudur.

Mənbə:
0
14
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar