Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək

Gürcüstanının Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət başçısının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Gürcüstan hökumət başçısının Azərbaycan Prezidenti ilə də görüşü nəzərdə tutulub.

Baş nazir İrakli Qaribaşvilini bu səfərdə onun müavini, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər müşayiət edəcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar