Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər


    Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu Lab qrupu dünyada ilk dəfə iOS 15 əməliyyat sistemli iPhone 13 Pro-nun uzaqdan jailbreak-ni reallaşdıraraq smartfon üzərində tam idarəetməni əldə edə bilib. Maraqlısı ondadır ki, bu prosesin reallaşdırılması üçün hackerlərə 1 saniyə vaxt lazım olub. Smartfon üzərində uzaqdan idarənin əldə olunması üçün hackerlər Safari brauzerinin və iOS 15 əməliyyat sisteminin nüvəsindəki boşluqdan istifadə ediblər.

    Smartfonun hack olunması üçün yeganə tələb isə istifadəçinin zərərli linkə klikləməsi olub. İstifadəçi zərərli linkə klikləyəndən sonra hackerlər smartfon üzərindəki tam idarəni əldə edirlər. Nəticədə onlar smartfondan istənilən məlumatı əldə edə bilərlər. Bura həmçinin Gallery və tətbiqlərdən olan məlumatlar da daxildirlər. Bu cür hack prosesi sayəsində hackerlər həmçinin uzaqdan smartfondakı məlumatları silə də bilərlər. Hackerlər tərəfindən istifadə edilmiş sistem boşluqlarının iOS 15-in sonuncu versiyalarında mövcud olub-olmadıqları barəsində bir məlumat yoxdur.


Mənbə:
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar