HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ


    HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib. Təqdim edilmiş yeni VR cihaz Qualcomm XR1 prosessoru, 4 GB RAM və 64 GB daxili yaddaş həcmi ilə təchiz olunub. HTC Vive Flow adi eynək dizaynında reallaşdırılıb. Bundan əlavə olaraq bu VR cihaz çox yüngüldür. Belə ki, onun çəkisi cəmi 189 qramm təşkil edir. Cihaz 1600x1600 piksel keyfiyyətli 2.1 düym-lük 2 ədəd ekran əldə edib. Hər iki ekran 75 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və 100 dərəcə bucaq təsvirini təmin edir. Bundan əlavə olaraq HTC Vive Flow-a bir neçə stereo səsgücləndirici inteqrasiya edilib. Həmin stereo səsgücləndiricilər geniş həcmli səsi və ətraf səs-küyün aktiv boğulması özəlliyinə sahib ikili mikrofonları dəstəkləyirlər.


    VR cihazın daxili komponentlərinin soyudulması üçün aktiv soyutma sistemindən istifadə olunur. Bu aktiv soyutma sisteminin tərkibinə isə böyük olmayan 1 ədəd soyutma pəri daxildir. Bundan əlavə olaraq HTC Vive Flow xarici hissədən 2 ədəd ön kamera ilə təchiz olunub və həmin kameralar istifadəçini virtual mühitdə təyin etməyə imkan verirlər. Kameralar həmçinin jestlər vasitəsilə idarəetmə prosesini də təyin edə bilirlər. Lakin bu funksiya VR cihazın ilk satışları zamanı aktiv olmayacaq. Belə ki, həmin funksiya yaxın gələcəkdəki yenilənmələr vasitəsilə inteqrasiya ediləcək. HTC Vive seriyasının digər VR cihazlarından fərqli olaraq Vive Flow modeli idarəetmə qurğularına sahib deyil.

    Bunun yerinə VR cihazın Bluetooth vasitəsilə Android əməliyyat sistemli smartfona qoşulması təklif edilir. Bununla belə bu, Android 9 və ya daha yuxarı versiya olmalıdır. Beləliklə VR cihaz smartfona qoşulandan sonra məhz smartfonu idarəetmə qurğusu kimi istifadə etmək olar. Bundan əlavə olaraq sözügedən VR cihaz Miracast adlı texnologiyanın dəstəyinə sahibdir. Bu texnologiya smartfon ekranındakı təsviri virtual mühitə ötürmək imkanını verir. Qeyd etmək lazımdır ki, HTC Vive Flow iOS-i dəstəkləmir. HTC həmçinin bu VR cihaz üçün xarici batareyanı da təklif edir. Lakin bu batareya ayrıca satılır və onun qiyməti 79$ təşkil edir. Onun sayəsində Vive Flow 4-5 saat ərzində çalışa bilir.

    Texniki olaraq Vive Flow-u avtonom VR cihaz adlandırmaq olmaz. Belə ki, onun daxilinə yerləşdirilmiş batareya həcmi sayəsində cihaz sadəcə olaraq bir neçə dəqiqə ərzində çalışa bilir. Buna görədə cihazı xarici enerji mənbəyinə qoşmaq məsləhət görülür. bunun üçün isə ona ya yuxarıda sadalanmış xarici batareya ya da USB Type-C naqili vasitəsilə qoşulmanı dəstəkləyən və 10.000 mAh batareya həcminə sahib powerbank lazımdır. Cihazın satış startı ərəfəsində şirkət onun üçün 100 ədəd müxtəlif tətbiqi istifadəyə verməyi planlaşdırır. İlin sonuna kimi isə əlavə 150 tətbiqin dəstəyinin reallaşdırılması nəzərdə tutulub. İstifadəçi Vive Flow vasitəsilə televizora və müxtəlif canlı yayımlara baxa bilər. HTC Vive Flow noyabr ayında 500$ qiymətində satışa çıxacaq.

Mənbə:
0
106
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar