İctimai nəqliyyatda GÖZLƏNİLƏN BAHALAŞMA: “Sərnişindaşıma şirkətləri qiymət artırmağa məcbur olacaq”

“Sərnişindaşıma xidmətində qiymət artımı özünü göstərəcək”.

Bu sözləri bir neçə gün öncə elektrik və
qaz tariflərindəki bahalaşmadan sonra cəmiyyətdə ictimai nəqliyyatda da gediş haqlarının artacağı ilə bağlı müzakirələrə toxunan nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib.

Ekspertin fikrincə, əməkdaşlarının artan sosial xərclərini təmin edə bilmək üçün sərnişindaşıma xidməti göstərən şirkətlər qiyməti artırmağa məcbur olacaq:

“Məlumdur ki, bütün sahələr bir-biriylə sıx bağlıdır. Bu baxımdan istehlakçı və istehsal edən tərəf arasında asılılıq var. Tərəflərdən birinin fəaliyyətində dəyişiklik olursa, digər tərəfə təsirsiz ötüşmür. Ona görə də elektrik enerjisi və qazın qiymətinin artması bütün istehsal sahələrinə çox ciddi şəkildə təsir edir. Bu gün avtobusların çoxu dizel yanacağı ilə işləyir. Hazırda dizel yanacağında bahalaşma olmasa da, gediş haqqında qiymət arta bilər. Bunun səbəbi kommunal ödənişlərin artmasının sərnişindaşıma şirkətlərinə birbaşa təsir etməsidir. Nəzəri cəhətdən yanaşsaq, sərnişindaşıma xidməti göstərən şirkət öz tələbatlarını və ya işçilərinin əməkhaqqını ödəmək üçün qiymət artımına gedir”.

Gülşən Şərif

Mənbə:
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar