• Şikayət et

İki ölkə Türkiyəyə qarşı - Bölgəyə PUA-lar göndərildi

ABŞ Yunanıstandakı Larissa hava bazasına səkkiz təkmil MQ-9 "Reaper" pilotsuz uçan aparat (PUA) yerləşdirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus PUA-ların noyabrın 12-də müvafiq texnika və şəxsi heyətlə birlikdə Larissa aviabazasına gətirildiyi bildirilib.

Bir il çəkəcək dislokasiya ABŞ-ın Avropa Qüvvələri Komandanlığı (EUCOM) ilə Yunanıstan ordusu arasında noyabrın 1-də imzalanan razılaşma çərçivəsində həyata keçirilib.

ABŞ-ın Yunanıstana silah-sursat daşınmasına və bu ölkədəki hərbi bazalarını genişləndirməsinə dəfələrlə Türkiyə tərəfindən etiraz edilib.

Milli.Az

0
1627
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar