Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifadəçisi yaxın zamanda “God of War: Ragnarok” barəsində yenin məlumatların olacaqlarına işarə edib. The Snitch ləqəbli istifadəçi tərəfindən paylaşılmış tweet-də “God of War” seriyasının baş qəhrəmanı olan Kratos-un gülərək kameraya baxıb başını yellədiyi GIF fayl əks olunub. Həmin GIF faylın ön planında isə 11110 ədədi qeyd edilib. İstifadəçilər aşkar ediblər ki, həmin ədədi onluq say sistemə çevirən zaman zaman 30 ədədi əmələ gəlir. Bu isə o deməkdir ki, “God of War: Ragnarok” barəsində yeni məlumatlar çox güman ki, 30 iyun tarixində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, Bloomberg saytının məşhur insayderi olan Jason Schreier bir neçə müddət bundan öncə bildirmişdi ki, “God of War: Ragnarok”-un dəqiq satış tarixi məhz iyun ayının sonunda bilinəcək. Qeyd etmək lazımdır ki, “God of War: Ragnarok” eksklüziv olaraq PS4 və PS5 konsolları üçün hazırlanır və bu il satışa çıxmalıdır. Jason Schreier daha öncə bildirmişdi ki, oyunu hazırlayan Sony Santa Monica studiyası onu noyabr ayında satışa çıxartmağı planlaşdırır.

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim edib. Yeni smartfonlar siyahısına POCO F4 və POCO X4 GT modelləri daxil olublar. İlk öncə POCO F4-dən başlayaq. Sözügedən smartfon Çində satışa çıxmış Redmi K40S modelinin qlobal versiyasıdır. POCO F4 smartfonu böyük ölçülü ekranı, güclü texniki özəllikləri və böyük həcmli batareyası ilə fərqlənir. Beləliklə POCO F4 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

POCO F4 həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 870 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.79 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfreysli Android 12 vasitəsilə çalışır. POCO F4 27 iyun tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 399 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 449 avroya satılacaq.

İndi isə keçək performanslı texniki özəlliklərə sahib POCO X4 GT smartfonuna. Bu smartfon sürətli şarj texnologiyasının dəstəyi və təkmilləşdirilmiş akustika sistemi ilə diqqət çəkir. POCO X4 GT smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. POCO X4 GT həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli MediaTek Dimensity 8100 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 12 vasitəsilə çalışır. POCO X4 GT də 27 iyun tarixində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 380 avroya, 256 GB yaddaşa sahib versiya isə 430 avroya satılacaq. Lakin smartfonun bu qiymətləri 7 iyul tarixinə kimi keçərlidir. 7 iyuldan sonra smartfonun satış qiymətlərinin necə olacağı bilinmir.

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti adlı şirkətin süni zəka alqoritmləri də var. Həmin alqoritmlər bu və ya digər fotoda əks olunmuş istifadəçinin üzünü skan edərək müəyəyn səviyyədə səhvlə onun yaşını təyin edə bilirlər. Məlumdur ki, Instagram öz platformasından 13 yaşdan aşağı uşaqların istifadə etməsini qadağan edir. Lakin fotoservis heç zaman bu faktorun nəzarətinə ciddi şəkildə yanaşmayıb. Məsələn 2019-cu ilə kimi Instagram öz platformasında qeydiyyatdan keçmiş yeni istifadəçilərdən doğum tarixlərinin qeyd edilməsini belə tələb etməyib. Lakin uşaqların təhlükəsizliklərinin təmin olunması üzrə fəaliyyət göstərən təşkilatların aktivistləri tərəfindən bu məsələyə ciddi yanaşmalarından sonra fotoservis öz istifadəçi kütləsinin daha qəliz filtrasiya üsullarından istifadə etməyə başladı.

Hal hazırda Instagram bu və ya digər istifadəçidən yaş barəsində dəqiq məlumatın təqdim edilməsini o halda tələb edir ki, istifadəçi sosial şəbəkə daxilində öz doğum tarixini redaktə etməyə çalışsın. Belə ki, bu halda istifadəçi özünü 18 və ya daha yuxarı yaş kateqoriyasına aid istifadəçi kimi qələmə vermək istəmiş ola bilər. Dəqiq yaş məlumatının əldə edilməsi yolunda sosial şəbəkə istifadəçidən şəxsiyyət vəsiqəsinin fotosunu tələb edə bilər. ABŞ-dan olan yeniyetmələr üçün bu məsələdə iki yeni variant da mövcuddur. Belə ki, yeniyetmə istifadəçilər yuxarı yaş kateqoriyaslna aid zamin tapmalı və ya süni zəka sisteminin xidmətindən istifadə etməlidirlər. Birinci variant çərçivəsində istifadəçi 18 yaşdan yuxarı 3 nəfər zamin abunəçi tapmalıdır. Bununla belə istifadəçinin özü həmin 3 nəfər abunəçiyə də abunə olmalıdır.

İkinci variant çərçivəsində istifadəçiyə selfie formatlı videonun çəkilməsi və onun Yoti adlı şirkətə göndərilməsi təklif edilir. Yoti şirkətinin sözlərinə əsasən onun süni zəka alqoritmləri foto və ya videodakı şəxsin üzünü skan etməklə onun yaşını təyin edə bilirlər. Bununla belə hətta şirkət əməkdaşları da süni zəka alqoritmlərinin yekun nəticələrinin nəyə əsaslandıqlarını bilmirlər. Yoti şirkətinin alqoritmlərinin istifadəsi Britaniya hökuməti və Almaniyanın nizamlayıcı orqanları tərəfindən təsdiqlənsə də həmin alqoritmlərin nəticələri 100% dəqiq olmurlar. Buna baxmayaraq çox halda alqoritmlərin təqdim etmiş olduğu nəticələr doğru olanı əks etdirirlər. İstifadəçi yaşının təyin olunması üzrə dəqiqlik səviyyəsi skan olunan istifadəçinin real yaşından, cinsindən və dərisinin rəngindən asılıdır. Sözügedən alqoritmlərin qeydiyyatsız və pulsuz test olunmasını Yoti şirkətinin saytında reallaşdırmaq olar. Lakin şirkətin bu sisteminin həqiqətən də nə dərəcədə effektiv olduğu tam aydın deyil.

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sərgilənib. İndi isə Geekbench bençmark saytı vasitəsilə sözügedən smartfonun bəzi texniki özəllikləri məlum olub. Qeyd etmək lazımdır ki, smartfonun texniki özəllikləri barəsində məlumatlar daha öncə də ortaya çıxmışdılar. Lakin bu dəfə onlardan bəziləri təsdiqlənib. Beləliklə Geekbench-də qeyd edilmiş məlumatlara əsasən Nothing Phone (1) smartfonu 6 nanometrlik 8 nüvəli Snapdragon 778G+ prosessoru vasitəsilə çalışacaq. Smartfonun Geekbench testlərindən keçmiş versiyası 8 GB RAM ilə təchiz olunub. Heç istisna deyil ki, smartfonun digər RAM göstəricili modelləri də olsun.

Bundan əlavə olaraq Geekbench teslərindən keçmiş model Android 12 vasitəsilə çalışıb. Nothing Phone (1)-in minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacağı gözlənilir. Geekbench testlərindən də görmək olar ki, smartfon bir nüvəli yüklənmə zamanı 797 xal, çox nüvəli yüklənmə zamanı isə 2803 xal toplayır. Gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym OLED ekran ilə təchiz olunacaq. Onun 4500 və ya 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir. Artıq məlumdur ki, smartfon ikili arxa kameranı özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in təqdimatı 12 iyul tarixində baş tutacaq.