“İldə 60 qol vuran futbolçunu kim satar?”

Almaniyanın “Bavariya” klubunun prezidenti Karl-Haynts Rummenigge yayda komandadan ayrılacağı iddia olunan Robert Levandovski ilə bağlı açıqlama verib.

Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, Rummenigge, polşalı hücumçunun komandada qalacağını deyib:

“Levandovskinin ayrılacağını heç düşünmürəm. Onun satılacağını kim deyib? İldə 60 qol vuran futbolçunu kim satar? Bundan başqa, meneceri də Levandovskinin komandadan ayrılmaq haqda düşünmədiyini deyib”.

2014-cü ildən “Bavariya”da çıxış edən Levandovski, Münhen təmsilçisində 327 rəsmi oyunda 292 qol vurub. 32 yaşlı hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

İngiltərə mətbuatı Levandovskinin Premyer Liqa klublarından birinə transfer olunacağını iddia edir.komanda.az

0
187
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar