Polşa millisinin ulduzu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə təşkil edilən mundialda nail olub.
Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib.
O, 82-ci dəqiqədə rəqib qapısına yol tapmaqla, oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.