• Şikayət et

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 318 nəfərə çatıb

İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərə qarşı Milli Agentlik məlumat yayıb.

Bundan əvvəl 310 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, o vaxtdan indiyədək daha səkkiz nəfərin meyiti tapılıb, 14 nəfər itkin düşüb.

Ümumilikdə təbii fəlakət zamanı 7,7 mindən çox insan xəsarət alıb, 73 mindən çox insan təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar