• Şikayət et

İnklüziv sinif təşkil edilən məktəblərin şəbəkəsinin genişləndirilməsi məqsədilə təlimlər keçirilir 

Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə üzrə müxtəlif təlimlər keçirir.

 

İnstitutdan TED.az-a bildirilib ki, inklüziv təhsilə cəlb olunacaq əlilliyi olan uşaqların seçimində psixoloji-tibbi-pedaqoji komissiyalara dəstək göstərmək məqsədilə 10 region (Bakı, Abşeron, Quba, Şirvan, Xaçmaz, Qəbələ, Gəncə, Qazax, Şəki və Ağcabədi) üzrə 54 komissiya üzvünə təlim keçirilib. Müdavimlərlə inklüziv təhsil və inklüzivlik, əlilliyi olan uşaqların valideynləri ilə iş, habelə şagirdlərin müəyyənləşdirilməsi qaydaları və meyarları, onların inklüziv təhsilə cəlb olunmasına maneələr müzakirə edilib.

 

Müəllimlərə inklüziv təhsilin təşkili sahəsində müvafiq dəstək vermək məqsədilə layihənin əhatə dairəsinə daxil olan bütün məktəblərin inklüziv siniflərində tədris aparan pedaqoji heyət üçün təlimlər təşkil edilir. Həmin təlimlər zamanı inklüziv təhsilin əhəmiyyəti və mahiyyəti, inklüziv dəyərlər, əlilliyə sosial və tibbi yanaşma, uşaqyönümlü pedaqogika, tədris-təlim prosesinin səmərəli təşkilinin təşviqi üçün inklüziv təhsilin planlaması və tətbiqi, müxtəlif sinif strategiyalarından istifadə və digər mövzulara toxunulur.

 

Bu təlimlərlə yanaşı, korreksiyaedici pedaqoqlar üçün xüsusi təhsil sahəsində ixtisasartırma təlimlərinin təşkili planlaşdırılır.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar