“İnsanlar geri qayıdıb evlərini özləri bərpa etmək istəyirlər“ - Kəlbəcərin deputatı

Məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hazırlıq görülür. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda bu kateqoriyaya daxil olan insanlar arasında sorğu keçirilir. Məqsəd könüllü qayıtmaq istəyən şəxslərin siyahısını tərtib etməkdir.
Maraqlıdır, bu proses necə gedir? Köçkünlər öz doğma yurd-yuvalarına qaytmağa hazırdırmı?
Milli Məclisin Kəlbəcərdən seçilmiş deputat Aqil Məmmədov Yenisabah.az-a açıqlamasında təmsil etdiyi seçicilərin öz torpaqlarına qayıtmağa hazır olduqlarını bildirib:
“Bu sorğularla bağlı yerli icra hakimiyyətlərinə də tapşırıq verilib. Hətta tapşırıq verilməmişdən qabaq bizim özümüz üçün Kəlbəcərdən məcburi köçkün düşən camaatın məsələ ilə bağlı fikirləri maraqlı idi. Ona görə də görüşlərdə, telefon zənglərində özümüz də həmişə soruşurduq. Hazırda şəxsi təsəbbüsümlə olan məsələləri diqqətə çatdırmaq istəyirəm. Birmənalı şəkildə deyə bilərəm ki, bu günədək apardığımız sorğularda insanlardan qayıtmaq fikirlərinin olub-olmadığını soruşanda heç bir kəlbəcərli, “Mən qayıtmayacam”, - deməyib. Hətta onlar bizə, “İşğaldan azad olunan Kəlbəcərimizə nə vaxt qayıdacağıq?”, - deyiblər. Bir müddət əvvəl açıqlama vermişdim ki, insanların bəziləri təşəbbüs qaldırır ki, öz evlərini gedib özləri bərpa etsinlər. Doğrudan da vəziyyət belə idi. Təbii, bu, hər kəsə aid olan məsələ deyildi, imkanlı ailələr bu təklifi səsləndirirdi. Amma cənab Prezident bununla əlaqədar açıqlamalar verib. İşlər planlı və mərhələli şəkildə həyata keçirilməlidir”.
Millət vəkili vurğulayıb ki, ilk əvvəl işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik təmin olunmalıdır:
“Ərazilər minalardan təmizlənməli, bundan sonra digər qiymətləndirmə işləri aparılmalıdır. Ermənistan tərəfdən təzminatımızı tələb edərək beynəlxalq qurumların iştirakı olmaq şərtilə orada infrastrukturlar yaranmalı, yaşayış evləri bərpa olunmalı, sosial obyektlərin tikintisinə başlanmalıdır. Bunların hamısı planlı şəkildə həyata keçirilməlidir”.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
87
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar