"İnter"dən Milan derbisində böyükhesablı qələbə - VİDEO

Bu gün İtaliya A seriyasında Milan derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, şəhərin eyniadlı komandası 22-ci turda doğma meydanda əzəli rəqibi "İnter"lə qarşılaşıb.

Stefano Piolinin kollektivi rəqibin 3 qolu qarşısında aciz qalıb və sarsıdıcı məğlubiyyət alıb. Beləliklə, "İnter" səfərdə- "San Siro"da Milan derbisini böyükhesabla qazanıb- 3:0.

Həmçinin "İnter" bu qələbə ilə turnir cədvəlindəki liderliyini möhkəmləndirib (53 xal) və elə ən yaxın izləyicisi olan "Milan"la xal fərqini 4-ə çatdırıb.

"Milan" - "İnter" 0:3
Qollar:
Martinez, 5, 57, Lukaku, 66

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
382
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar