• Şikayət et

“İqtisadi artım və ictimai rifah” jurnalının yeni nömrəsi nəşr edilib

İqtisadiyyat İnstitutunun “İqtisadi artım və ictimai rifah” jurnalının 2022-ci il üzrə üçüncü nömrəsi oxuculara təqdim olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində aktual iqtisadi mövzularda müxtəlif elmi məqalələr yer alıb.

“İqtisadi artım və ictimai rifah” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 2020-ci il 11 dekabr tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənib, dünyanın nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış alimləri, akademik və professorlar yeni tərkibə daxil edilib. İldə 4 dəfə nəşr olunan jurnalın baş redaktoru iqtisad elmləri doktoru professor Nazim İmanov, baş redaktorun müavini professor Müşfiq Atakişiyev, məsul katibi dosent Kamran Abdullayevdir.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində dərc edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında yerləşdirilib. Burada məqalələrlə elektron qaydada tanış olmaq mümkündür.

Mənbə:
0
607
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar