İran razılığı qəbul edib

İran BMT müfəttişlərinin nüvə obyektlərinə daxil olmalarına dair icazə müddətini daha üç ay müddətinə uzatmağı qəbul edib.

Bu barədə BMT-nin nüvə proqramına nəzarət departamentinin rəhbəri bildirib.

Qeyd edək ki, İran, Donald Trump 2015 nüvə anlaşmasından imtina etdikdən sonra ABŞ-ın tətbiq etdiyi sanksiyaları ləğv etmədiyi üçün nüvə siyasətiylə bağlı ABŞ hökümətinə qarşı dirəniş göstərir.

Rəsmi Tehran ABŞ-ın 2015-ci il razılaşmasına tam olaraq əməl etmədiyi təqdirdə, geri addım atmayacağını bildirib.

Eyni zamanda, ABŞ Prezidenti Jo Bayden da, İranın əvvəlcə verdiyi vədi yerinə yetirməli olduğunu qeyd edib.

İranın nüvə proqramının yaratdığı böhranı təxminən 20 ildir beynəlxalq gündəmdə müzakirə olunur.

İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia etsədə Birləşmiş Ştatları və digər avropa ölkələri İranın gizli şəkildə nüvə silahı inkişaf etdirməyə çalışdığını bildirir.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
312
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar