İranın dərdi nədir? – Bu ölkə qanlı təxribatlara əl ata bilər

“2-ci Qarabağ savaşında bölgənin autsayaderi İran idi. Gürcüstan belə ondan daha vacib siyasi aktor təsiri bağışlayırdı. Kobud desək İranı saya salan olmadı. Hətta İran öz “sülh planı”nı təqdim etsə də, müzakirə belə edilmıdi, ciddiyə alınmadı”.

Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış bloger Əli Məhərrəmli bildirib. Onun sözlərinə görə, İran onun üçün vacib olan regional məsələnin həllində kənarda saxlanıldı. Cənub qonşumuz sərhəd altından sursat yeritsə də, arzuları ürəyində qaldı.

O daha sonra bunları vurğulayıb:

“Dünən İranın XİN-i Ermənistanla Azərbaycanı gərginlikdən qaçmağa və “Beynəlxalq sərhədlərə hörmət etməyə” çağırıb. Gördüyünüz kimi, bəyanatın son cümləsi Ermənistana dəstək ifadə edir. Elə həmin saatlarda hansısa “narkotik qaçaqmalçıları” iki hərbçimizi sərhəddə şəhid edir. İki gün əvvəl isə İran-Türkiyə sərhədində bir türk xüsusi təyinatlısı şəhid edilib. İranın və Rusiyanın bu kimi məsələlərdə dəst- xətti bütün dünyaya məlumdur. Köhnəlmiş, qisasçı feodal metodları ilə cəza vermək və ya göz qorxutmaq.

Bu dəfə də yaranmış gərginlik fonunda Tehran öz mövcudluğunu və təsir imkanlarını göstərmək üçün onlara yad olmayan dövlət terroruna, qanlı təxribata əl ata bilər və bu variant istisna olunmur.

Amma bu sadəcə subyektiv ehtimaldır, çünki əvvəllər də narkotik qaçaqmalçıları ilə sərhəddə bənzər silahlı insidentlər olub. Lakin məlum regional gərginlik əsnasında verilən mesajların və baş verən hadisələrin məhz eyni günə təsadüf etməsi bir çoxumuzda haqlı suallar doğurur. Necə deyərlər “Bir dəfə adın çıxınca, elə canın çıxsın”.

0
201
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar