• Şikayət et

İspaniya parlamenti kralın toxunulmazlıq hüququndan məhrum edilməsi təklifinə baxacaq

İspaniyanın Deputatlar Konqresi (parlamentin aşağı palatası) hökuməti dövlət başçısı olan kralın toxunulmazlığını əlindən almağa çağıran təşəbbüsü nəzərdən keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Europa Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, təklif Kataloniyanın müstəqilliyinin tərəfdarı olan Kataloniyanın Sol Respublikaçıları Partiyası tərəfindən irəli sürülüb. Təşəbbüs hökuməti bütün insanların qanun qarşısında həqiqi dərəcədə bərabər olması və bu səbəbdən eyni şərtlərdə ədalət qarşısında cavabdehlik daşıması üçün hüquq sistemindəki bütün dəyişiklikləri təşviq etməyə çağırır. Kataloniya partiyası həmçinin keçmiş dövlət başçısı I Xuan Karlosun və kral ailəsinin digər üzvlərinin xüsusi imtiyazlardan məhrum edilməsinin tərəfdarıdır.

Təşəbbüslə bağlı müzakirənin çərşənbə axşamı başlayacağı gözlənilir. Səsvermə fevralın 25-də keçirilməlidir.

Qeyd edək ki, İspaniya Konstitusiyanın 56-cı maddəsinin 3-cü bəndində deyilir ki, kralın şəxsiyyəti toxunulmazdır və o, məsuliyyət daşımır. Daha əvvəl İspaniya baş naziri Pedro Sançes monarxın toxunulmazlığını məhdudlaşdırmaq üçün ölkənin əsas qanunlarında dəyişiklik edilməsi ehtimalını istisna etməmişdi.

Mənbə:
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar