• Şikayət et

İstanbulda ortaq dərsliklərlə bağlı vacib qərarlar verilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının İstanbulda keçirilən IV İclasında “Ortaq Türk tarixi”, “Türk dünyası coğrafiyası” və “Ortaq Türk ədəbiyyatı” dərslikləri ilə bağlı mühüm qərarlar qəbul edilib.

Azerforum.com xəbər verir ki, Akademiya prezidenti Darxan Kıdırəli hər üç dərsliyin proqram və məzmununun hazır olduğunu qeyd edib və bu prosesdə göstərdikləri dəstəyə görə tərəflərə təşəkkürünü bildirib.

Türkiyə Cümhuriyyəti milli təhsil naziri Mahmud Özer “Ortaq Türk Tarixi” kursunun məzmununun əhəmiyyətinə görə orta məktəblərdə deyil, liseylərdə tədris oluna biləcəyini bildirib. Bundan əlavə, nazir 2022-2023-cü tədris ilindən başlayaraq 9, 10 və 11-ci siniflərdə “Türk Dünyası Coğrafiyası” və “Ortaq Türk ədəbiyyatı”nın seçməli fənn kimi tədris olunacağını bildirib.

Qazaxıstanın təhsil və elm naziri Asxat Aymaqambetov bildirib ki, artıq Qazaxıstan məktəblərində “Ortaq Türk tarixi” kursu uğurla tədris olunur.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev “Ortaq Türk tarixi” kursundan razı qaldığını, Azərbaycanda pilot layihə kimi tədris prosesində tətbiq edildiyini deyib və Akademiyanın bu yöndə fəaliyyətini yüksək qiymətləndirib.

Qırğızıstan təhsil və elm naziri Bolotbek Kupeşev də ortaq dərslikləri dəstəklədiyini bildirib və dərsliklərin təkmilləşdirilməsi prosesinin dəstəklənməsi üçün xüsusi birgə komissiyanın yaradılmasını təklif edib.

Türkiyə tərəfi isə Akademiyanın Elmi Şurasına sədrliyi dövründə ortaq dərsliklər üzrə geniş tərkibdə ekspertlır toplantısının təşkilini təklif edib.

Sözügedən təkliflərin əhəmiyyətini ifadə edən Türk Akademiyasının prezidenti bu önərilərin prosesi sürətləndirəcəyinə inandığını bildirib.

Elmi Şuranın yekun qərarında xüsusi ekspert komissiyanın yaradılması, müzakirələrin sonlandırılması məqsədilə qısa müddətdə sahələr üzrə mütəxəssislərin görüşünün təşkili əksini tapıb.

Mənbə:
0
9708
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar