• Şikayət et

İtaliyanın müxtəlif bölgələrində meşə yanğınları baş verib

İtaliyanın şimalında anomal istilərin səbəb olduğu quraqlıq ölkənin mərkəzində, cənubda və adalarda meşə yanğınları ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, Afrikadan Apennin yarımadasına daxil olan isti “Haron” antisiklonu İtaliya ərazisində havanın temperaturunun yüksəlməsinə səbəb olub. Latsio regionunda, paytaxt Romanın Ponte di Nona bölgəsində bəzi yaşayış məntəqələrinin yaxınlığındakı meşə və kol sahəsində yanğınlar qeydə alınıb. Həmçinin cənubda Puglia bölgəsində şam ağacı meşəsində, eyni zamanda, Siciliya adasında yanğınlar baş verib.

Mülki-müdafiə qüvvələrinin müdaxiləsi nəticəsində yanğınların geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə:
0
80
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar