Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?


    Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar, ulduzlar planetlər demək olar mövcud deyillər. Bu qorxunc boşluqlar milyonlarla işq ili ölçüsündədirlər. İndi isə gəlin baxaq ki, bu boşluqlar necə yaranıblar və onların daxilində nələr baş verir. Qalaktikaların ayrı-ayrı nöqtələrə çevriləcəkləri dərəcədə kainatın miqyasını kiçiltsək, qalaktikaların bağlarda birləşəcəkləri unikal şəbəkəni tapmaq mümkün olar.

    Həmin bağlarda daha çox qalaktik qruplaşmalar və minlərlə ulduz mövcuddur. Buna kosmik hörümçək toru deyilir. Qalaktikalararası məkanda yerləşən və qaranlıq materiyadan ibarət olan bağlar xüsusi struktur yaradırlar. Bağlar boyunca “adi” maddə cəmləşir. Həmin bağlar arasında isə böyük kosmik boşluqlar mövcuddur. Bu boşluqlarda materiya demək olar mövcud deyil. Faktiki olaraq bizim kainatımızın böyük hissəsi heç nədən ibarətdir.


Kosmik hörümçək torunun ipliyi:

    14 milyard il bundan öncə kosmik hörümçək toru, qalaktikalar və ulduzlar mövcud olmayıblar. Nəzəriyyəyə əsasən kainat qaranlıq materiyadan, hidrogendən, heliumdan və az miqdarda litiumdan ibarət idi. Bütün bu maddələr bircinsli idilər və kainatda bərabər şəkildə paylanırdılar. Lakin kainatın bəzi hissələri digərlərindən bir qədər fərqlənirdilər. Belə ki, bəzi hissələr böyük sıxlığa, digər hissələr isə kiçik sıxlığa sahib idilər. Böyük sıxlığa sahib hissələrdə qravitasiya qüvvəsi daha güclü idi. Buna görə də böyük sıxlığa sahib hissələr digər qonşu hissələri özlərinə çəkir və ölçüdə böyüyərək daha güclü qravitasiya qüvvəsinə sahib olurdular. Bu proses hələ də davam edir. Yüz milyonlarla il ərzində materiya böyük sıxlıqlı hissələrə keçid edərək ilk ulduzlar ilə qalaktikalara çevrilirdi. Kosmik hörümçək torunun böyüməsi ilə paralel olaraq materiyasız olan kosmik sahələr boşluğa çevrilirdilər.

Kosmik hörümçək toru:

Kosmik boşluqlarda nə baş verir?

    Təbii ki, kosmik boşluqları tamamilə boş sahələr adlandırmaq olmaz. Bu cür boş sahələrin daxilində bir neçə tutqun karlik qalaktika (bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika) mövcuddur. Lakin qaranlıq enerjidən başqa onların daxilində heçnə yoxdur. Son nəzəriyyələrə əsasən bizə məlum olan kainatın yalnız 5%-i adi materiyadan ibarətdir və bu materiya günlük həyatda insanı əhatə edir. Kainatın 1/4 hissəsi qaranlıq materiyadan, 60%-i isə qaranlıq enerjidən ibarətdir.

    Alimlər bu qaranlıq enerji barəsində çox az məlumata sahibdirlər. Lakin məlumdur ki, kainatın sürətli şəkildə genişlənməsinin əsas səbəbi məhz qaranlıq enerjidir. Lakin bu sürətləndirməni yaradan güc nədir? Təəccüblü görünsə də bu sualın cavabı qravitasiyadır. Lakin söhbət, cəzb edən qravitasiya qüvvəsindən getmir. Söhbət, itələyici qravitasiya qüvvəsindən gedir. Qaranlıq enerji məhz bu prisip sayəsində çalışır. O, obyektləri bir-birindən itələyir.

Sloan Digital Sky Survey layihəsinin məlumatlarına əsasən lokal kainatın xərtəsi. Narıncı rəngdə olan sahələr daha yüksək sıxlıqlı qalaktik qruplaşmalar ilə bağlara sahibdirlər:

    Qaranlıq enerjini aşkar etmək asan məsələ deyil. Belə ki, bizi çoxlu sayda digər enerji və materiya əhatə edir. Lakin kosmik boşluqlarda qaranlıq enerji ilə rəqabətə girə biləcək digər bir şey mövcud deyil. Buna görə də kosmik boşluqlarda qaranlıq enerji əsas rolu oynayır. Nəticə etibarilə bizim kainatımızın sürətlənmiş şəkildə genişlənməsi prosesi məhz həmin kosmik boşluqlarda baş verir. Qaranlıq enerjinin sayəsində kosmik boşluqlar öz sərhədlərini genişləndirərək qalaktikaları bir-birilərindən ayırırlar və kosmik hörümçək torunu parçalayırlar. Halbu ki, kosmik hörümçək torunun yaranması üçün milyardlarla il vaxt lazım olub.

Kainatda ən böyük kosmik boşluq hansıdır?

    2007-ci ildə astronavtlar kainatın ən böyük kosmik boşluğunu aşkar etmişdilər. Demək olar milyard işıq ili diametrinə sahib bu boşluqda nə adi nə də qaranlıq materiya mövcuddur. Lawrence Rudnick adlı professor və onun Minnesota Universitetindən olan həmkarları təsadüfən bu boşluğu aşkar etmişdilər. Lawrence Rudnick-in komandası Nyu-Meksikoda yerləşən Very Large Array adlı radioteleskop tərəfindən əldə edilmiş məlumatları analiz edirdilər. “Günlərin birində mən çox darıxırdım və radioteleskopun baxış bucağını bir qədər dəyişmişdim” - deyə Rudnick qeyd edib. Nəticədə alimlər anomaliyanı aşkar etmiş və onu müşahidə etməyə başlamışdılar.

Kainatın xəritəsində Eridan super boşluğu:

    Alimlər müşahidə çərçivəsində heyrətləndirici sürpriz ilə qarşılaşmışdılar. Belə ki, onlar 280 meqaparsek sahədə (demək olar milyard işıq ili diametri) heç bir radioşüalanma mənbəyi aşkar etməmişdilər. Radioşüalanma mənbələrinin olmaması isə o deməkdir ki, mövcud sahədə qalaktikalar və müxtəlif qruplaşmalar mövcud deyil. Alimlər həmçinin qaranlıq materiyanın mövcudluğuna dair sübutlar da aşkar etməmişdilər. Nəticədə məlum oldu ki, bu, nəhəng kosmik boşluqdur. Ona Eridan super boşluğu adı verildi. Sözügedən kosmik boşluq Yer kürəsindən 6-10 milyard işıq ili uzaqlığında yerləşir. 2007-ci ilə kimi optik müşahidələr çərçivəsində 80 meqaparsekdən (təqribi olaraq 260.925.102 işıq ili diametri) yuxarı göstəricidə enə sahib boşluqlar aşkar edilməmişdi.

Nəticə:

    Milyardlarla il ərzində hətta hipotetik materiyaya sahib olmayan kosmik sahələrin mövcudluğu qorxuda bilər. Lakin heç də bütün boşluqlar tamamilə boş deyillər. Məsələn 2013-cü ildə astronomlar Ryan Keenan, Amy Barger Lennox Cowie güman etmişdilər ki, Süd Yolu qalaktikası kimi Yer kürəsi də nəhəng boşluq daxilində yerləşir. Nəticədə bu kosmik boşluq astronomların adları şərəfinə KBC adını əldə etdi. Sözügedən kosmik boşluq təqribi olaraq kürə formasındadır və 2 milyard işıq ili diametrinə sahibdir.

    2017-ci ildəki tədqiqatlara əsasən bu, elmə məlum olan ən nəhəng super boşluqdur. KBC super boşluğu qalaktikalardan, ulduzlardan və digər materiyadan ibarət sahə ilə əhatə olunub. Qalaktikaların sayını təyin edən irimiqyaslı teleskoplardan olan məlumatları analiz edərək tədqiqatçılar belə bir qənaətə gəliblər ki, Süd Yolu qalaktikası kainatın digər sahələrindən fərqli olaraq az sayda qalaktikanın yerləşdiyi sahənin mərkəzinə yaxındır. Əgər tədqiqatçıların bu qənaəti həqiqətdirsə, deməli insanlar müşahidə olunan kainatın məlum olan ən nəhəng boşluğunun daxilində yaşayırlar.

Mənbə: Hightech.fm

Mənbə:
0
141
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar