• Şikayət et

“Keşişlər tərəfdən ayırca təzyiq və basqılar var”

Bunu Azerforum.com-a Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Seyid Mirtagi Əsədov deyib. Gürcüstanda dini sahədə gedişat Ortodoks kilsəsinin xeyrinə işləyir. Dini azlıqlar içində ən çox problemlər, məzhəbindən asılı olmayaraq müsəlmanlara yaradılır. Hökumət tərəfindən məscidlərin tikilməsinə problem yaradılır. Dini idarələr arasında ayrıseçkilik salırlar. Dini sahəyə ayrılan vəsaiti, özlərinə bağlı idarənin istifadəsinə verirlər. Hansı ki, sözügedən idarə müsəlmanlara xidmət əvəzinə daha çox hökumətin sözçülüyünü edir. Dini sahədə siyasi iradənin olmaması, inamsızlıq, etimadsızlıq və çətinliklərin yaranmasına səbəb olur. Bu isə bir sıra fəsadlar və problemlər yaradır. Bu problemlərin həlli üçün heç bir addım atmırlar. Demək olar ki, ölkə daxilindəki müsəlmanlar hakimiyyətin hədəf obyektinə çevrilib. M.Əsədov qeyd edib ki, bunun da yeganə səbəbi, ölkənin siyasi sükançılarına hakim zehniyyətin ifrat dərəcədə Ortodoks ideologiyasının caynağındakı əsarətidir: “Dini çoxluğa aid keşişlər tərəfdən də ayırca təzyiq və basqılar var. Dörd tərəfi Azərbaycan kəndləri ilə əhatə olunmuş hündürlüklərdə xaç asırlar. Ümumi olaraq deyə bilərəm ki, burada haqsızlıq və ədalətsizlik pik həddədir”.

 

Nihad

Mənbə:
0
6344
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar