Keyptaun Universitetindəki Caqqer kitabxanası yanıb  

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda baş vermiş yanğın nəticəsində Keyptaun Universiteti (UCT) də zərər çəkib.

 

AzEdu.az xəbər verir ki, alov bir neçə binanı, o cümlədən 200 illik tarixə malik olan məşhur Caqqer kitabxanasını da bürüyüb.

 

Qitədə ən yaxşı ali məktəblərdən biri hesab edilən bu universitetin əsas binaları yanğın baş verən ərazinin yaxınlığında, İblis piki yamaclarında yerləşir. Universitetin bütün tələbələri təxliyə edilib. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınsöndürənlərdən biri xəsarət alıb.

 

Yerli hakimiyyət orqanları tərəfindən “twitter” şəbəkəsində yerləşdirilmiş videoda Universitetin köhnə binasının alova büründüyünü görmək mümkündür. Rəsmilərin sözlərinə görə, hazırda vəziyyətə nəzarət edilir.

 

Universitetin saytında dərc olunmuş məlumata görə, yanmış binada afrikanistika kitabxanası, əlyazmalar və arxivlər, nadir kitablar və xüsusi kolleksiyalar, habelə Dövlət Nəşrləri Departamenti yerləşirdi. Nadir kitablar kolleksiyasında 1535-ci ildə Hollandiyada nəşr edilmiş Bibliya nüsxəsi də olub. Cənubi Afrikada ən qədim və çox nadir kitab hesab edilən bu nəşr Vaxtilə qadağan olunub, onun tapılmış nüsxələrinin hamısı yandırılıb, naşir isə ölüm cəzasına məhkum edilib.(Azərtac)

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
9
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar