“Kings” restoranının kanalizasiya suları küçəyə axıdılır…

Bakı şəhərinin Nərimanov rayonunda “Milyonçular” məhəlləsi adlandırılan Məmməd Araz küçəsi 74-80 ünvanında yerləşən “Kings” restoranının kanalizasiya suları küçəyə axır.

Moderator.az-a şikayət edən M.Araz küçəsinin sakinləri bildiriblər ki, adı çəkilən restoranın yerində əvvəllər sadəcə birotaqlı ev olub.

Daha sonra isə birotaqlı mənzildə təmir işləri apararaq onu dördmərtəbəli restorana çeviriblər. Amma mənzilin kanalizasiya sistemini dəyişmək nədənsə yaddan çıxıb. Tikinti aparanlar düşünməyiblər ki, birotaqlı evin kanalizasiya xətti dördmərtəbəli restoranın çirkab sularını axıtmaq üçün yetərli olmayacaq.

Buna görə də restoran fəaliyyətə başlayan kimi kanalizasiya suları küçələrə axmağa başlayıb. Bu isə təbii ki, ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olub. Artıq hər dəfə küçəni üfunət qoxusu bürüyür. Vətəndaşlar isə problemin həll üçün hara müraciət edəcəklərini bilmirlər.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı “Azərsu” ASC-nin məbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək istəyib. Lakin A.Cəbrayıllı telefon zənglərinə cavab verməyib.

0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar