• Şikayət et

Kişineuda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib

Moldovanın paytaxtı Kişineuda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Moldova Milli Kitabxanasının binasında keçirilən görüşdə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputatlar Vitaliy Jakot, xanım Marxelle Nistor, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov, Moldova Milli Kitabxanasının direktoru Yelena Pinteley, hər iki ölkənin fəal gəncləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışan səfir Qüdsi Osmanov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinə olan diqqət və qayğı nəticəsində ölkəmizdə intellektual gənclər ordusu yetişib. Bu cür gənclər istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda dövlətimizin inkişafı və güclənməsi istiqamətində fəaliyyət göstərirlər.

Tədbirdə çıxış edən Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputatlar Vitaliy Jakot, xanım Marxelle Nistor, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və partiyanın Gənclər Birliyinin üzvü Nərgiz Babayeva, Moldova Milli Kitabxanasının direktoru Yelena Pinteley, MAK sədri Elçin Bayramov iki ölkənin gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti, dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı, eləcə də YAP Gənclər Birliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Eyni zamanda, tərəflər arasında gənclər sektoru üzrə birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq imkanları və perspektivləri, o cümlədən gənclərin texnologiya və innovasiyalar üzrə bacarıqlarının artırılması istiqamətində təcrübə mübadiləsi müzakirə olunub.

Sonda iştirakçılar qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Mənbə:
0
579
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar