Koronavirus bu tarixdə başa çatacaq -ÜST-dən şad xəbər


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe yeni növ koronavirus epidemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını deyib.

Medicina.az xəbər verir ki, Danimarkanın DR dövlət agentliyi xəbər verir ki, Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahat olduğunu bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək.

ÜST səlahiyyətlisi bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur.

Klüqe ehtimal edib ki, epidemiya 2022-ci ilin əvvəllərində sona çatacaq:

“Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”.

Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da deyib.
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar