• Şikayət et

Koronavirusun profilaktikası çərçivəsində monitorinq aparılan 397 ictimai iaşə müəssisəsinin 31-də nöqsanlar aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 22-də ölkə üzrə 397 ictimai iaşə obyektində 689 monitorinq keçirilib.

Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar