Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıdacaq

İngiltərənin "Mançester Yunayted" futbol klubu Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun transferi ilə bağlı İtaliyanın "Yuventus" klubu ilə razılığa gəldiyini açıqlayıb.

Xeberoxu.Az-ın məlumatına görə, bu barədə İngiltərə komandasının mətbuat xidməti bildirib.

Futbolçu müqavilənin razılaşdırılması, vizanı alması və tibbi müayinədən uğurla keçdiyi təqdirdə kluba keçəcək. K.Ronaldonun "Yuventus" la müqaviləsi 30 iyun 2022 -ci ilə qədər qüvvədə olub.

Jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, "Mançester Yunayted" komandası Turin klubuna 15 milyon avro, eləcə də 8 milyon avro bonus ödəyib.

Mənbə:
0
365
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar