Kubada koronavirusa yoluxma sayında rekord

Bir gün ərzində Kubada 11 nəfər ölüb

Son bir sutka ərzində Kubada 1 383 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Bu, indiyə qədər qeydə alınan rekord göstəricidir.

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, bir gün ərzində Kubada 11 nəfər ölüb.

Ümumilikdə, ölkədə bu xəstəliyə yoluxanların sayı 123 221-ə çatıb, pandemiya yayılandan isə 796 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 115 505 nəfərdir.

0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar