Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib

İyulun 30-da Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində törədilib. Kənd sakini Vurğun Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Hümmətovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin cəsədi müayinə üçün ekspertizaya aparılıb.

Hazırda Kürdəmir Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

 

Mənbə:
0
110
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar