• Şikayət et

“Tesla” səhmləri Maskın Ukrayna ilə bağlı tvitindən sonra 9% ucuzlaşıb 

“Tesla” səhmləri məhsulların tədarükü ilə bağlı əsassız gözləntilər və şirkətin təsisçisi İlon Maskın Ukraynada münaqişənin inkişafının mümkün ssenarisi haqqında açıqlamaları səbəbindən demək olar ki, 9% ucuzlaşıb.

 

TED.az bu barədə “Forbes”a istinadən xəbər verir.

 

Məlumata görə, elektromobil istehsalçısının qiymətli kağızları 23.23 dollar (8.75%) dəyər itirərək biri 242.05 dollar səviyyəsinə enib. Bu, Maskın Ukraynada baş verə biləcək hadisələrin proqnozu ilə bağlı tvit dərc etməsindən sonra baş verib.

 

 İş adamı Krımı Rusiyanın bir hissəsi kimi tanımağa, Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərində seçkilər keçirməyi təklif edib. Mask həmçinin izləyiciləri arasında sorğu keçirib, nəticə etibarilə insanların çoxu iş adamının təklifinə səs verib.

Mənbə:
0
148
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar