Azərbaycanda taksi sürücüsü itkin düşdü - FOTO

Azərbaycanda taksi sürücüsü naməlum şəraitdə itkin düşüb.

Azərforum xəbər verir ki, həmin şəxs Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovdur.

Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-də idarə etdiyi ağ rəngli “VAZ-2115” markalı, 90-EX-067 dövlət seriya nişanlı avtomobillə evdən gedib və bu günə kimi geri qayıtmayıb.

İ.Cavadovun yaxınları həmin gündən onunla telefon vasitəsilə əlaqə saxlaya bilmirlər. Onlar hadisə ilə bağlı polisə müraciət ediblər.

0
577
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar