Millimizin futbolçusu Mahir Emreli şərəfini qoruduğu "Dinamo"da (Zaqreb) məşqlərə qayıdıb.
Qol.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, o, komanda ilə birlikdə Sloveniyaya təlim-məşq toplanışına yollanıb.
Zaqreb təmsilçisi sözügedən ölkədə iki yoxlama oyunu keçirəcək. "Dinamo" iyunun 26-ı "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-i isə "Spartak" (Trnava, Sloveniya) ilə qarşılaşacaq