Manual terapiya dayaq-hərəkət aparatının hərəkətliliyinin bərpasında mühüm rol oynayır

Manual terapiyanın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.
 
Onun sözlərinə görə, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır.
 
"Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir", - deyə həkim əlavə edib.
    Mənbə:
    0
    88
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar