İnformasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olan “Konnekt" QSC (Connect) İnternet tariflərini yeniləyib.
Marja xəbər verir ki, yeni tariflərə görə, 45 Mb/san 18 manata, 60 Mb/san 25 manata, 80 Mb/san 35 manata təklif olunur.
İndiyədək, "Connect" fərdi fiber optik İnterneti üzrə 18 manata 20 Mb/san, 25 manata 35 Mb/san, 35 manata isə 45 Mb/san sürət təqdim edirdi.
“Konnekt MMC” efir-kabel televiziyası və internet provayder xidmətləri göstərir.
Marja.az xəbər verir ki, Bakıdakı "Burger King" restoranlarının fəaliyyətini dayandırdığı bildirilir.
İddialar ilə əlaqədar olaraq Marja.az-ın əməkdaşı "Dəniz Mall" ticarət və əyləncə mərkəzində olub və restoranın fəaliyyət göstərmədiyini müşahidə edib. Restoranın bağlı olması "texniki problem" ilə əlaqələndirilib.
Markanın müştəriləri digər ticarət və əyləncə mərkəzlərindəki "Burger King" restoranlarının da bağlı olduqlarını qeyd ediblər.
Mətbuatda dərc edilmiş məlumatlara görə, Azərbaycanda da "Burger King"in françayzinq sahibi Türkiyənin "TAB Gida Sanayi ve Ticaret" şirkətidir.
İlk "Burger King" restoranı 2018-ci ilin əvvəlində Bakıda "28 Mall"da açılmışdı. Daha bir restoran "Gənclik Mall", "Park Bulvar" və "Dəniz Mall"da "Burger King" restoranı açılıb.
Marja.az-ın araşdırmasına görə, "Wolt" çatdırılma xidməti də "Burger King" restoranları üzrə sifarişlərin çatdırılmasını qəbul etmir. Şirkətin saytında bu restoranlar "müvəqqəti oflayn" şəkildə göstərilir.
Eyni zamanda, "Bolt Food" çatdırılma xidməti də "Burger King" üzrə sifarişləri qəbul etmir.
"Burger King Azerbaijan" adlı sosial şəbəkə səhifələri ötən ilin İyun ayından yenilənmir, burgerking.az saytı da açılmır.
Marja.az xəbər verir ki, Bakıdakı "Burger King" restoranlarının fəaliyyətini dayandırdığı bildirilir.
İddialar ilə əlaqədar olaraq Marja.az-ın əməkdaşı "Dəniz Mall" ticarət və əyləncə mərkəzində olub və restoranın fəaliyyət göstərmədiyini müşahidə edib. Restoranın bağlı olması "texniki problem" ilə əlaqələndirilib.
Markanın müştəriləri digər ticarət və əyləncə mərkəzlərindəki "Burger King" restoranlarının da bağlı olduqlarını qeyd ediblər.
Mətbuatda dərc edilmiş məlumatlara görə, Azərbaycanda da "Burger King"in françayzinq sahibi Türkiyənin "TAB Gida Sanayi ve Ticaret" şirkətidir.
İlk "Burger King" restoranı 2018-ci ilin əvvəlində Bakıda "28 Mall"da açılmışdı. Daha bir restoran "Gənclik Mall", "Park Bulvar" və "Dəniz Mall"da "Burger King" restoranı açılıb.
Marja.az-ın araşdırmasına görə, "Wolt" çatdırılma xidməti də "Burger King" restoranları üzrə sifarişlərin çatdırılmasını qəbul etmir. Şirkətin saytında bu restoranlar "müvəqqəti oflayn" şəkildə göstərilir.
Eyni zamanda, "Bolt Food" çatdırılma xidməti də "Burger King" üzrə sifarişləri qəbul etmir.
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.
Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.
Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.
Bu Saziş Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Marja xəbər verir ki. müşavirədə, həmçinin böyük investisiya tələb edən, kifayət qədər mürəkkəb olmaqla yanaşı, həm də böyük iqtisadi töhfələr vəd edən Daşkəsən dəmir filizi yataqlarının istismarı layihəsi barədə də danışılıb.
Bildirilib ki, ötən il “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daşkəsən dəmir filizi yataqlarının rezervi beynəlxalq standartlara uyğun ciddi artırılıb. Sahədə filiz kütləsinə çatmaq üçün planlı şəkildə torpaq səthində üstaçma işləri aparılır.
Qeyd edilib ki, hasil edilən dəmir filizinin istehsalının təşkili – konsentrat, daha sonra pellet və DRİ (direct reduce iron - birbaşa reduksiya dəmir) xammalın hazırlanması üçün 2025-ilin sonunadək müvafiq istehsalat infrastrukturunun qurulması məqsədilə işlər davam etdirilir. Həmçinin dövlət büdcəsindən asılılıq yükünü azaltmaq üçün xarici investorun cəlb edilməsi nəzərdə tutulub.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov hazırda təcrübəli tərəfdaş şirkətin cəlbi ilə bağlı danışıqlar prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, dəmir filizi yataqların istismara verilməsi ilə metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, 2035-ci ilədək ÜDM-ə ~3 milyard 970 milyon ABŞ dolları, (təqribən 6 milyard manat) həcmində töhfə veriləcəyi və ~290 milyon ABŞ dolları (~493 milyon manat) həcmində vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik yüzlərlə daimi iş yerinin açılması ilə regionun məşğulluq göstəricisinə ciddi töhfə verilməsi planlaşdırılır.
Azərbaycanda sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodu qurulacaq .
"Marja" xəbər verir ki, bunu “AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
İdarə Heyətinin sədri dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.
“AzerGold” QSC tərəfindən aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2022-ci il ərzində istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədar hasilat və ixracatda planlı azalmalar müşahidə edilsə də, gözlənildiyi kimi hesabat ilinin yekunlarının müsbət göstəricilərlə tamamlanmasına nail olunub.
"Marja" xəbər verir ki, bunu “AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Sədr qeyd edib ki, ÇİRES-də istehsalatın sürətləndirilməsi və filizlərin tələb olunan ölçülərdə xırdalanmasını təmin edən qırıcı sahəsinin məhsuldarlığı artırılaraq, sahənin illik istehsal gücü artırılıb. Nəticədə, ötən il hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüş olmaqla, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 83% daha artıq icra edilib. Eyni zamanda, qarşıdakı illər ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün şərait yaradılıb.
2022-ci ilin satış əməliyyatlarına gəlincə, İdarə Heyətinin sədri bildirib ki, qızıl və gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.3 min unsiya qızıl və 207.7 min unsiya gümüş olub. Bununla 2021-ci illə müqayisədə qızıl və gümüşün satış həcmlərində artıma nail olunub.
Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.
Bunu elə restoran inzibatçıları da təsdiqləyir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.
İnzibatçıların sözlərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.
Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.
Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Xezerxeber
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Prezident Yohannis,
Hörmətli komissar Simson,
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O, Azərbaycana rəsmi səfərə gəlib və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu, bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır.
Mən xüsusi olaraq xanım komissar Simsona təşəkkürümü bildirmək istəyirəm ki, o, bizim bütün təşəbbüslərimizə davamlı dəstək verib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının çox fəal həmsədri olub və bu mühüm layihənin uğurlu icrasına töhfə verib.
Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.
Ötən il bir neçə vacib hadisə oldu. Bu da bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Əvvəlcə mən mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, biz ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirəcəyik.
Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Həmçinin biz bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsini nəzərdə tuturuq.
Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi.
Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq.
Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik.
Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir - cəmi 4 ölkə var.
Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır.
Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.
Davamlı dəstəyinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına xüsusi təşəkkürümü bildirirəm. Həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürümü bildirmək istərdim. Çünki onlar təşəbbüsümüzü davamlı dəstəkləmiş, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etmişlər.
Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.
Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.
Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə iş planımızı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır.
Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir.
Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq. Biz, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.
Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm!
X X X
Azərbaycanın energetika naziri Pərviz Şahbazov:
- Zati-aliləri cənab Prezident, Məşvərət Şurasının üzvləri adından Sizə dərin və əhatəli çıxışınıza görə səmimi təşəkkürümüzü bildiririk.
Bildiyiniz kimi, Məşvərət Şurası Cənub Qaz Dəhlizinin uğurlu istismarı və fəaliyyəti üçün Sizin təşəbbüsünüzlə yaradılmışdır. Biz indi bunu genişləndiririk. Bu gün bir daha məhz Sizin strateji planlarınız və dəstəyiniz sayəsində biz artıq yaşıl enerji sahəsinə qədəm qoyuruq.
Cənab Prezident, bir daha təşəkkür edirik.
Rumıniya Prezidenti cənab Klaus Yohannisin burada olması bizim bugünkü görüşümüzə xüsusi məna verir. Təbii qazımızı Rumıniyaya artıq ixrac etməyə başlayırıq. Rumıniya bizim məhz yaşıl enerji sahəsində strateji tərəfdaşlarımızdan biridir. Mən indi sözü məmnuniyyətlə Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Yohannisə vermək istəyirəm.
x x x
Rumıniya dövlətinin başçısı çıxış etdi.
Prezident Klaus Yohannisin çıxışı
- Təşəkkür edirəm.
Hörmətli Prezident İlham Əliyev.
Xanım komissar Kadri Simson.
Hörmətli nazirlər, yüksəkrütbəli rəsmilər və nümayəndələr.
Əvvəla, Cənub Qaz Dəhlizinə həsr olunmuş belə bir mötəbər illik toplantıda çıxış etmək fürsətinə görə təşəkkür edirəm. Mən bu gün sizinlə burada olmaqdan məmnunam və şərəf hissi duyuram. Bu, Rumıniyanın artıq altıncı iştirakıdır. Mən Bakıya bizi dəvətinə və qəbul etdiyinə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki, özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu. Biz dəhlizin reallığa çevrilməsində müdrikliyini, siyasi iradəsini və qətiyyətini göstərmiş bütün şəxslərin səylərini alqışlayırıq. Dəhliz xüsusən indi daha böyük əhəmiyyət kəsb edir. Çünki Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi geosiyasi durumu kəskin şəkildə dəyişdi. Bu baxımdan və xüsusən də biz enerji təhlükəsizliyi haqqında danışırıqsa bu, belədir. Bu baxımdan Avropa İttifaqı və üzv dövlətlər etibarlı olmayan qaz təchizatından asılılığı kəskin şəkildə azaltmaq üçün həlledici addımlar atdılar. Çünki həmin qaz təchizatının geosiyasi dəyəri, sadəcə, çox baha başa gəlir.
Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir.
Xanımlar və cənablar, 2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi.
2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır. Lap əvvəldən Rumıniya Avropanın enerji tələbatlarını qarşılamaqda Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi. Rumıniya Mərkəzi və Cənub-Şərqi Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və genişləndirilməsinə yönəlmiş səylərə qoşulmaqda öz davamlı öhdəliyini qeyd etdi. Biz artan milli istehlakımızı əhatə etmək üçün Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq.
Xanımlar və cənablar, son illərdə mənim ölkəm qaz tranzit imkanlarının inkişafında və qonşu ölkələrlə bağlantının yaradılmasında xeyli sərmayələr yatırıb. İlk olaraq, biz tamamilə yeni nəqlolunma infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Bu BRUA qaz boru kəməridir, həmçinin Bolqarıstan və Macarıstanla müvafiq qaydada interkonnektorların daha da təkmilləşdirilməsini tamamladıq. İkincisi, Rumıniyanın transqaz şirkəti Yunanıstan, Bolqarıstan və Macarıstanda olan qaz nəql sistemi operatorları ilə səylərini birləşdirərək, şaquli dəhlizin inkişafına çalışdı. Beləliklə, 2022-ci ilin dekabrında dörd şirkətlə imzalanmış anlaşma memorandumu Cənubi və Mərkəzi Avropa arasında Rumıniya vasitəsilə qaz axınının iki istiqamətdə getməsini təmin edəcəkdir. Bu da bütöv regionun enerji təhlükəsizliyinə töhfə verəcəkdir. Üçüncüsü, 2022-ci ilin yanvar ayında Rumıniyanın nəql məsələsi ilə məşğul olan operatoru sərmayələri yatıraraq Transbalkan qaz boru kəmərini məhz əks axın istiqamətində istismara verdi. Bu da Azərbaycandan Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə qaz həcmlərinin alternativ təchizat marşrutudur və həmçinin digər bazarlara çıxışı da təmin edir.
Mən Rumıniya üçün digər vacib bir layihəni də qeyd etmək istəyirəm. Bu da bizim strateji tərəfdaşlarımıza, Moldovaya aiddir. Çünki biz paytaxt Kişineuya məhz qazın təchizatına gəldikdə, bizim razılaşmamız 2021-ci ilin oktyabrında oldu. Bu, əslində, Moldovanın illik istehlakını təmin etməyə əlavə imkanlar yaradacaqdır. Yekun olaraq, bütün bu davamlı səylər və Rumıniyanın yatırdığı sərmayələr Cənub Qaz Dəhlizinin yeni bazarlara- Cənub-Şərqi Avropada və Mərkəzi Avropada genişləndirilməsinə imkan yaradır. Bu, əslində, hər iki tərəf üçün çox uduşlu vəziyyətdir, Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Hörmətli iştirakçılar, təbii qaz, əslində dekarbonlaşma prosesinə böyük dəstək verən bir haldır və Avropa İttifaqında Rumıniya fəal şəkildə təbii qazın və nüvə enerjisinin yaşıl enerji sahəsinə daxil edilməsini təşviq etmişdir. Bununla iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii qazın Avropa İttifaqında istifadə edilməsi iqtisadiyyatı gücləndirəcək. Hazırda Rumıniya karbohidrogenlərin hasilatında və onların işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var. Lakin bundan əlavə, 2026-2027-ci illərdə həcmlər olacaqdır və Rumıniya birmənalı olaraq Avropada iqtisadiyyatların daha da güclü olmasını təmin edəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirik ki, bizim regionda əməkdaşlıq çox güclüdür. Əslində mövcud potensial və transsərhəd əməkdaşlığa aid olan infrastrukturun inkişaf etdirilməsi gündəlikdədir. Bu baxımdan yaşıl enerjinin istehsalı və onun nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış razılaşma önəmlidir. Bu sənəd 2022-ci il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı imzalandı və bunun sayəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli daha güclü Avropa enerji çərçivəsinin təhlükəsizliyinə imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsinə, iqtisadi rifahın təmin edilməsinə, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsinə Avropa üçün və bizim tərəfdaşlarımız üçün imkan yaradacaq.
Xanımlar və cənablar, bir tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən isə Azərbaycan arasında enerji əməkdaşlığının strateji prioritetləri var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcəkdir. Həmçinin biz qarşımızda olan ümumi çağırışların dayanıqlı həll yollarının tapılmasında səylərimizi göstərəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin.
Təşəkkür edirik.
X X X
Pərviz Şahbazov: Təşəkkür edirəm, cənab Prezident. Sizin verdiyiniz güclü dəstəyə görə təşəkkür edirəm. Layihələrimizi dəstəkləyirsiniz və biz Rumıniya ilə enerji əməkdaşlığımızı çox yüksək dəyərləndiririk.
İndi isə mən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsona söz vermək istəyirəm. Buyurun xanım, söz Sizindir.
X X X
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxış etdi.
Komissar Kadri Simsonun çıxışı
- Hörmətli Prezident Əliyev.
Hörmətli nazirlər, xanımlar və cənablar.
Bu gün Bakıda olmaqdan çox məmnunam. Biz iki mühüm münasibətlə buraya toplaşmışıq - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında iştirak edirik.
Bu gün apardığımız müzakirə enerji bazarlarının qlobal səviyyədə dəyişməsi şəraitində baş tutur. Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir. Bu səbəbdən Məşvərət şuralarının bu gün keçirilən toplantıları mühüm fürsət hesab olunur və bizə göstərir ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar.
Biz, həmçinin uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir. Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni Anlaşma Memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi. Rəqəmlər göz qarşısındadır. Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatmışdır. Bu artım Avropa İttifaqına qaz təchizatının şaxələndirilməsinə, onun təhlükəsizliyi və sabitliyinə böyük töhfə verərək mühüm rol oynamışdır.
Trans-Adriatik boru kəmərində aparılmış sonuncu mütləq sınağın nəticələri hazırkı buraxılış qabiliyyətinin iki dəfə artırılmasından xəbər verir. Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin genişlənməsi ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək. Biz, həmçinin bu tərəfdaşlığın gələcəkdə bizi hansı səviyyəyə aparacağını bilməliyik. Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə nəql edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaqdır. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək baxımından Xəzər bölgəsində digər tərəflər üçün iqtisadi cəhətdən potensial fürsətdir.
Sizə yaxşı məlumdur ki, Avropa İttifaqı, həmçinin enerjiyə tələbatın məhdudlaşdırılması və bərpaolunan enerjinin artırılması üzərində çalışır. Bununla belə, biz qazımızın əvvəlki əsas təchizatından uzaqlaşaraq, Avropa İttifaqının əvəzləmək istədiyi qazın bütöv həcmi onu göstərir ki, etibarlı təchizatçılardan gələn təbii qaz tələbatı artırmaqda davam edəcəkdir.
Bərpaolunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir. Dayanıqlı enerji gələcəyinin formalaşdırılması böyük sayda alət və vəsaitlərdən istifadəni nəzərdə tutur. Avropa İttifaqı bərpaolunan enerjidən daha çox pay götürə biləcək bazarın qurulmasında böyük təcrübəyə malikdir. Keçmişdə qalan bir neçə çətin ilə baxmayaraq, elektrik enerjisi şəbəkəmiz özünün sabit və müqavimətli olduğunu göstərdi. Biz bu sahədə biliklərimizi bölüşməkdən məmnun olardıq. Əlbəttə bir-biri ilə qarşılıqlı əlaqədə olan bazarlar və tərəfdaş ölkələr bu prosesin əsas hissəsidir. Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim Avropa İttifaqı naminə enerji proqramımız bərpaolunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nouhau texnologiyasını və özəl sərmayələrini qoyur.
Bildiyiniz kimi, bərpaolunan enerji məsələnin yalnız bir hissəsidir. Enerjiyə qənaət, həmçinin təchizat təhlükəsizliyinin gücləndirilməsi və dekarbonlaşmanın təmin edilməsi məqsədilə göstərdiyimiz səylər üçün açardır. Yeni anlaşma memorandumu ilə biz gündəliyi bütün istiqamətlərdə irəliyə doğru aparmaq üçün Azərbaycanla birgə işin davam etdirilməsini səmimiyyətlə arzulayırıq.
Hörmətli Prezident Əliyev.
Xanımlar və cənablar, nazirlər.
Ümumi iqtisadi rifah və geosiyasi sabitlik bir-biri ilə sıx bağlıdır. Vətəndaşlar enerji sahəsində əməkdaşlığımızdan yararlanacaqlar. Mən çıxışımı, sadəcə, Cənub Qaz Dəhlizinin gələcəyinə aid müsbət nəticə ilə bitirmək istəyirəm. Həmçinin mən yeni Yaşıl Enerji Məşvərət Şurasında bərpaolunan enerji naminə çalışmaq üçün əməkdaşlığımızı səmimiyyətlə arzulayıram. Bu gün sizin hamınıza məhsuldar müzakirələr arzu edirəm. Sağ olun.
X X X
Pərviz Şahbazov: Hörmətli komissar Simson, dəyərli çıxışınıza görə Sizə təşəkkürümü bildirirəm. Biz Cənub Qaz Dəhlizinin rolunun vacibliyini Sizin çıxışınızda gördük. Bununla bizim giriş sessiyamız başa çatır.
Hörmətli cənab prezidentlər, çox sağ olun ki, bu gün bizimlə burada oldunuz.
X X X
Sonra tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam etdi.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirildi.
X X X
Qeyd edək ki, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.
Ortopedik döşəklər və digər məhsullar istehsal edən Rusiya-İsveç şirkəti "Askona"nın Azərbaycanda satış şəbəkəsi genişləndirilir.
Marja xəbər verir ki, növbəti "Askona" mağazasının Bakıda "Port Baku"da istifadəyə verilməsi planlaşdırır.
Hazırda brendin "Park Bulvar"da, "28 Mall"da, Babək prospektində və Əhməd Rəcəbli küçəsində mağazaları, həmçinin askonalife.az onlayn mağazası fəaliyyət göstərir.
Qeyd edək ki, "Askona AZ" MMC MDB-də Askona ortopedik məhsullarının istehsalı üzrə böyük fabrikin təmsilçisidir.
"Askona" şirkəti ev üçün ortopedik döşəklər, yastıqlar və yorğanlar, mebel və ev aksesuarlarının istehsalında liderlərdən biridir. Hal-hazırda, şirkətin fabrikində 800-dən çox yuxu məhsulları istehsal olunur. Şirkətin məhsullarının siyahısında təkcə iri yataq otağı mebelləri, çarpayı və divanlar deyil, eyni zamanda uşaqların sağlamlığı üçün əvəzedilməz olan aksesuar və məhsullar da var.
"Askona" ortopedik döşəklər və yuxu məhsulları istehsal edən iri Rusiya şirkətidir. Şirkətin istehsal müəssisələri Kovrov və Novosibirskdə yerləşir. Şirkət 1990-cı ildə yaradılıb, 2010-cu ildən bəri səhmlərinin 51%-i İsveçin "Hildinq Anders" şirkətinə məxsusdur.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumata görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub. Beləliklə, indeks ardıcıl 10-cu ayda da enişini davam etdirib.
Marja-nın məlumatına görə, FAO-nun bəyanatında qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indeks keçən ilin mart ayında qeydə alınan rekord səviyyədən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında indeks 159,7 bəndə çataraq rekord qırmışdı.
Yanvar ayında qlobal ərzaq qiymətləri bitki yağları, süd məhsulları və şəkər hesabına ucuzlaşıb.
Bitki yağı qiymətləri indeksi əsasən günəbaxan yağının ucuzlaşması səbəbindən aylıq 2,9 faiz azalıb. İndeks 140,4 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyəsindən təxminən 25 faiz aşağıdır.
Taxıl Qiyməti İndeksi aylıq 0,1 faiz, illik müqayisədə isə 4,8 faiz artıb. Beynəlxalq buğda qiymətləri Avstraliya və Rusiyada istehsal gözləntilərinin aşılması səbəbindən yanvar ayında 2,5 faiz düşüb. Digər tərəfdən, məhdud təklif, Asiyada güclü daxili tələb və məzənnə dəyişikliyi səbəbilə düyü qiymətləri aylıq 6,2 faiz artıb.
Dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyada əlverişli hava şəraiti ilə əlaqədar olaraq Şəkər Qiyməti İndeksi aylıq müqayisədə 1,1% azalıb.
Eyni dövrdə FAO Süd Qiyməti İndeksi 1,4%, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb.
ABŞ-da monetar siyasət üçün kritik əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektoru xaric məşğulluq və əmək haqqı artımları məlum olub.
Marja xəbər verir ki, ABŞ iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluq yanvar ayında 517 min nəfər artıb. Proqnozu 187 min - 188 min artım idi.
Dekabr ayında 223 min olaraq açıqlanan kənd təsərrüfatı xaric məşğulluq artımı 260 minə revizə edilib.
Məlumatlara görə, yanvar ayında orta saatlıq maaş əvvəlki ayla müqayisədə 0,3% artıb. İllik müqayisədə artım 4,4 faiz təşkil edib. Orta saatlıq maaşın illik 4,3 faiz artacağı gözlənilirdi.
Yanvarda ölkədə işsizlik səviyyəsi gözləniləndən (3,6 faiz) aşağı olmaqla 3,4 faiz təşkil edib. 3,4 faizlik işsizlik səviyyəsi 1969-cu ildən bəri ən aşağı işsizlik səviyyəsi olaraq qeydə alınıb.
Faiz artım tempi yavaşlasa da, qarşıdakı dövrdə də artımın davam edəcəyinə işarə edən FED üzvləri, inflyasiyanın azalması fonunda əmək bazarının son aylarda güclü qaldığına diqqət çəkiblər.
İqtisadçılar, inflyasiyanın zəifləməsi ilə müşayiət olunan məşğulluq və maaşlardakı mülayim artımın yumşaq eniş ssenarisini dəstəklədiyini bildiriblər.
Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır.
Marja.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.
Həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.
1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.
"Bir daha qeyd etmək istərdim, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz",- millət vəkili vurğulayıb.
(®️)Bu gün Xırdalan şəhər 3 saylı məktəb-liseydə Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhidin döyüş dostlarının qəhrəman kəşfiyyatçı haqda xatirələri dinlənilib, şagirdlər tərəfindən şəhidə həsr olunmuş şeirlər səslənib.
Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Unibank şəhidin ailəsini himayəyə götürüb. Unibank rəhbərliyinin qərarı ilə şəhidin övladları uzun illər bankın himayəsində olacaq. Şahin Allahyarovun şəhadətindən sonra dünyaya gələn və özünün adını daşıyan övladının 18 yaşınadək aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Xırdalan şəhərində daha 50 mənzil əlavə edilib.
Marja xəbər verir ki, Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşların seçiminə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər təklif edilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Yaşayış sahələrinin aylıq ödənişləri 428 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 10 fevral 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə aşağıdan tanış ola bilərlər.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə müraciətlərin qəbulu tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3112 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Son on gün müddətində avtomobillərin icbari sığortası üzrə onlayn qaydada 20 mindən çox kiçik mühərrikli avtomobil sığortalanıb.
Bunu açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, bura avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinin rəsmi səhifələri, həm də İcbari Sığorta Bürosunun elektron səhifəsi üzərində asan keçidlə əldə olunan onlayn sığortalar daxildir.
Rəşad Əhmədov qeyd edib ki, yeni tələblərin qüvvəyə minməsindən sonra kiçik mühərrikli avtomobillərin sığortası ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.
Rəşad Əhmədov həmçinin əlavə edib ki, vətəndaşlar avtomobillərin icbari sığortasını Büronun mobil aplikasiyası üzərindən də asan keçidlə müxtəlif sığorta şirkətlərindən onlayn qaydada əldə edə biləcək. Hazırda bununla bağlı işlər davam etdirilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Nazirlər Kabineti, “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilb.
Dəyişikliyə görə, baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib.
"“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur",- Nazirlər Kabinetinin şərhində deyilir.
Qeyd edək ki, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir.
İDXAL RÜSUMU DA LƏĞV EDİLİB
Həmçinin Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda soğanın bahalaşdığı müşahidə olunur.