Masallı gəncləri şəhid Məhəmməd Vəliyevin ailə üzvləri ilə görüşüblər

İyulun 30-da Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Vəliyev Məhəmməd Nail oğlunun ailə üzvləri ilə görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailəsinin qayğıları ilə maraqlanan gənclər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən masallılı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Şəhid Məhəmməd Vəliyevin ailə üzvləri ölkımizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimmizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 iyun 1996-cı il tarixində Masallı rayonunun İmanlı kəndində anadan olub. O, 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev Vətən müharibəsində Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb. Şəhid Məhəmməd Vəliyevin nəşi 2020-ci il oktyabrın 23-də Sarıcəfərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Məhəmməd Vəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Mənbə:
0
80
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar