• Şikayət et

Maşın gölə düşdü, baqajda boğularaq öldü

Miqrant polisdən qaçarkən gölə düşən avtomobilin baqajında boğulub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Qərbi Trakyadakı Aleksandrupoli şəhərində mühacirlərin maşını ilə polis maşını arasında qovalama yaşanıb. 

Yunanıstanın Qərbi Trakya vilayətinin Aleksandrupolis (Evros) əyaləti yaxınlığında şübhəli bir avtomobili saxlamağa çalışan polis avtomobilin dayanmaması ilə təqibə başlayıb. İçində miqrantların olduğu avtomobil Pylaia kəndi yaxınlığındakı gölə uçub.

Bəzi miqrantlar üzərək uzaqlaşarkən, avtomobilin baqajında tapılan bir miqrantın göldən çıxarılan avtomobildə edilən axtarışda boğularaq öldüyü bildirilib.
 
Ayşən
Mənbə:
0
87
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar