Trakya Universitetinin professoru Sərvət Altay ürək xəstələrinin soyuq havalarda qidalanmasına və həyat tərzinə diqqət etmələrini bildirib.
"Medicina" xəbər verir ki,soyuq havanın insan orqanizminə mənfi təsir etdiyini deyən professor xüsusilə ürək xəstələrinin sinə nahiyəsini isti tutaraq çölə çıxmalarını tövsiyə edib.
“Soyuq havada bayıra çıxanda damarlarda daralma müşahidə olunur. Bu, ürək damarlarına da aiddir. Belə vəziyyət həm ürəyin oksigenlə təminatını pozur, həm də onun enerji ehtiyacını artırır. Buna görə də qış aylarında ürək xəstələrində sinə ağrısı və infarkt riski artır. Odur ki, ürək xəstələri soyuq havalarda xüsusilə diqqətli olmalıdırlar”, – mütəxəssis bildirib.
Xüsusilə səhər və axşam saatlarında şaxtanın təsirli olduğu vaxtlarda çox çölə çıxmamalıdırlar. Evin bir otağı çox isti, digər otaq isə çox soyuq olduqda infarkt riski arta bilər. Ona görə də otaqların bərabər qızdırılması məsləhətdir.
Qışda enerji ehtiyacının və qidalanma tezliyinin artdığını deyən S.Altay həm enerji ehtiyacını ödəyəcək, həm də ürək xəstələrinə zərər verməyəcək qidaların istehlak edilməsini zəruri sayıb. Qeyd edib ki, qışda balıq istehlakı çox faydalıdır. Əlavə edib ki, şəkəri yüksək və lifi az olan qidalardan çəkinin. Qidalanma xüsusiyyətləri yüksək olan paxlalılara üstünlük verilməlidir. Bundan əlavə, tərəvəzlər istehlak edilməlidir. Qırmızı ət istehlakını azaltmalı və qızardılmış qidalardan uzaq durmalısınız./aztibb.az/
Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Leonid Doronin bu xəstələyin 18 yaşdan kiçik uşaqlara da təsir etdiyini bildirib:
““Demens” adlı bu xəstəlik sadəcə yaşlılarda deyil, 18 yaşdan kiçik uşaqlara da təsir edə bilir”.
Həkimin sözlərinə görə, bir çox insanlar demensiyanı yaşla əlaqələndirirlər, çünki bu xəstəlikdən ən çox əziyyət çəkən yaşlılardır. Amma uşaqlara təsir edən xəstəliyin nadir bir forması var. Belə ki, xəstə uşaq disorientasiya olunur, emosiyaları, fiziki və zehni fəaliyyətini idarə edə bilmir.
Beynəlxalq Alzheimer Təşkilatının məlumatına görə, təxminən 70 növ genetik anormallıq uşaqlarda demensiyanın inkişafına səbəb olur.
Xəstəlik neyronal seroid lipofusinoz (NCL) adlanan nadir genetik xəstəliklər qrupu ilə başlayır. Onlar mərkəzi sinir sistemində şiddətli neyrodegenerasiyaya səbəb olur və neyronlara güclü zərbə vururlar.
Həkim qeyd edib ki, uşaqlara təsir edən demensiyanın hələ də müalicəsi yoxdur.
Rusiyada koronavirusun “Omikron” ştamının “Kraken” subvariantına ikinci yoluxma qeydə alınıb.
Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bu variantın ölkədə geniş yayılma ehtimalı azdır.
Qeyd edək ki, “Kraken” subvariantına Rusiyada ilk yoluxma yanvarın 12-də qeydə alınıb. Dünyada bu varianta ilk dəfə Rusiyada rast gəlinib.
Şəkidə 14 aylıq körpə vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.
Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə göz damcılarının istifadəsi davamlı infeksiyanın inkişafına səbəb ola bilər.
ABŞ-ın 11 ştatında göz damcılarını mütəmadi olaraq istifadə edən 50 nəfərin əksəriyyətinin gözündə infeksiya aşkarlanıb.
Araşdırma nəticəsində infeksiyaya yoluxanlardan birinin öldüyü, üç nəfərin isə görmə qabiliyyətini itirdiyi məlum olub.
Bəzilərində isə tənəffüs yolu və sidik yollarının infeksiyaları müşahidə edilib.
Qeyd edək ki, mütəxəssislər damcıların istehsal prosesi zamanı çirklənə biləcəyini ehtimal edir.
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.
“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.
“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.
Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.
Bunun üçün Oseltamivir adlı preparat effektivdir.
Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zamanbu dərmanı içmək olar.
Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.
Aygün Musayeva
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
"Medicina" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 092 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834, bu günə qədər isə ümumilikdə 7 491 233 test icra olunub
Hazırda bir çox insanlar beynində, başında sanki küy, səs olduğundan şikayətlənir.
Otolarinqoloq Vladimir Zayçev qulaqlarda cingilti və səs-küyün mümkün səbəblərini sadalayıb.
"Medicina" xəbər verir ki,bunların arasında birinci yeri stress, yüklənmə və beyin xəstəlikləri tutur.
Həkim qeyd edib ki, qulaqlarda tez-tez səs-küyün eşidilməsi qan təzyiqinin kəskin artması və ya əksinə, düşməsi ilə izah olunur.
Mütəxəssis əlavə edib ki, bu əlamətlər güclü əsəb və psixoloji gərginlik, stress, həddən çox işləməklə də əlaqədar ola bilər.
Bundan əlavə, beyin xəstəlikləri, o cümlədən beyin xərçəngi diaqnozu qoyulan xəstələrdə də yaranır.
Uşaqlar və yeniyetmələr arasında yüksək hərarətlə müşahidə edilən xəstəlik yayılmaqdadır.
Eyni zamanda, əhalinin digər təbəqələri arasında da yoluxanların sayı kifayət qədərdir. Xəstəlik ötən ayın əvvəlindən əhali arasında müşahidə olunur. Uşaqdan-böyüyə hər kəs virusa yoluxduğunu, xəstəliyi ağır keçirdiyini bildirirlər.
İnfeksionistlər isə deyirlər ki, xəstəliyin əsas əlamətləri yüksək hərarət və öskürəkdir.
Təbii ki, belə bir vəziyyətdə, uşaqlar arasında xəstəliyin sürətlə yayılması tədris prosesinə də təsirsiz ötüşmür.
Valideynlər övladlarını məktəbə göndərmək istəmir, virusa yoluxacaqlarından ehtiyat edirlər.
“Gündəlik monitorinqlər aparılır, ümumi statistikada fərq yoxdur. Kəskin hava şəraiti olan, qar yağan günlər istisna olmaqla elə bir ciddi fərq yoxdur. Bu günə olan tarixə əsasən paytaxtdakı ümumtəhsil müəssisələrində davamiyyət normaldır”, -deyə BŞTİ-dən deyilib.
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun onkoloji xəstəliklə mübarizə apardığı yoldan yazıb.
Medicina.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.
“İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, “sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar” dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı. Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi.
İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər…
4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi “Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər”
Və artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib.
Və əlbəttə ki, Dilarə (Əməkdar artist Dilarə Əliyeva – red.) onunla işləməyə başladılar və həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm.
Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla adlarını çəkdiyim hər kəsdən Allah razı olsun” deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 1161 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır.
Belə bir məqamda ölkədə koronavirusa yoluxma rəqəmləri də maraq doğurur. Hazırda bu yoluxmalar ikirəqəmli göstəricilərlə ifadə olunur. Lakin ölüm statistikası qorxuducudur. Bu qədər az yoluxmalara rəğmən, ölümlü nəticələr hər gün üçün 4-7 fakt aralığında dəyişir. Bəs necə olur ki, 1000 rəqəmini keçən yoluxmalarda da ölü sayı 4-10 arasında dəyişirdi, indi isə 40-50 yoluxma faktına qarşı da 4-7 ölüm halı baş verir?
“Ölkədə insanları kütləvi yoluxduran qrip virusları əslində koronavirusdur. Bəzi faktlar üzrə, donuz qripinə yoluxmalara da rast gəlinir. İnsanlar artıq koronavirusla yaşamağa alışıblar və çox adam pul verib, test etdirməyə də lüzum görmür. Yoxlatdırma zamanı da bir çox xəstələrə "korona deyilsən" cavabı verilir. Bakıda və bütünlükdə ölkəmizdə yayılan ştamm əvvəlkilərə nisbətən mülayimdir, amma yenə də koronavirusdur və heç bir müalicə, müqavimət tədbirləri görməyəndə öldürür. Əksər klinikalara tapşırıq verilib ki, testlərin cavabları COVİD çıxsa da, bunu elan etməsinlər. Çünki ölkə iqtisadiyyatı daha bir panikanı və qapanmanı qaldıra bilməz. Əslində bütün dünya bu cür davranır. COVİD yoluxmaları bir çox hallarda qripdən də mülayim keçir və insanlar tez bərpa olunurlar...’’
“Tibb elmdir və dəqiqliyi sevir. Bizdə nə zaman koronovirusdan ölənlərin meyitini yarıb, bütün orqanlardan analizgötürüldü, yoxlandı, təsdiq olundu ki, filan xəstəlikdir. Ümumi sözlər deyil, hər şey elmə dayanmalıdır. Biz iddia edə bilmərik ki, bu COVİD-dir, yaxud insan kəskin respirator virusdan dünyasını dəyişib, ya yox. Yenə də məsələ aidiyyəti qurumların üzərinə gəlir. Ölkənin səhiyyəsinə cavabdeh olan qurumlar Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu təşkil etmirlər. Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, istisnasız olaraq bütün dünyasını dəyişən şəxslər patoloji anatomik müayinədən keçməlidir. Bu, həm elmin inkişafına xidmət edir, misal üçün, burada həkim səhvindən kimsə dünyasını dəyişibsə, artıq bu sübut olunur. Gələn dəfə o xəstəliyin müalicəsində başqa bir xəstədə bu nəzərə alınır və növbəti insanın ölümünün qarşısı alınır. Bu bütün inkişaf etmiş ölkələrdə var. Təəssüflər olsun ki, TV-lər lazımsız verilişlərlə doludur. Elmi surətdə əsaslandırmaq olar ki, dünyasını dəyişənlərin patoloji anatomik müayinəsi vacibdir. İnsanlar maarifləndirilsə, əslində bu insanların özünə faydalı olar”.
“Amma müvafiq qurumlar nə vaxt 50-100 adamdan analiz nümunələri götürdü, laboratoriyada yoxladı?! Açıqlama verdilərmi, hazırda yayılan hansı viruslardır. Açıqlama verdilərmi analiz götürülən 15 nəfərdə COVİD, 15-də qrip çıxdı və sairə. Bunu etməyiblər, ona görə də belə kortəbii vəziyyətdə qalmışıq. Ona görə heç kim deyə bilməz ki, bu, COVİD-dir, ya yox. Mən bunu nə təkzib, nə də inkar edə bilərəm. Çünki əlimizdə cavabdeh qurumların rəsmi bir nəticələri yoxdur. Heç o nəticələr nə qədər şəffaf olacaq o da sual altındadır. Amma yayılan xəstəliklər arasında COVİD də var. Sadəcə, ola bilməz ki, indiki COVİD o vaxtkı kimi ağır keçsin. Bu mümkün deyil. Virus mutasiyaya uğradıqca onun öldürücülük, ağır keçirmə qabiliyyəti azalır”.
Bu arada, nevroloq Qalina Çudinskaya keçirilmiş ağır qripin Alsgeymer və Parkinson yarada biləcəyini istisna etməyib. Rusiya mediası nevroloqa istinadən yayıb ki, hər iki xəstəlik demensiyanın formalarıdır, beyində struktur dəyişikliyi gedir, yaddaş və koqnitiv davranış pozulur. Baxmayaraq ki, virusların neyrodegenerativ xəstəliklər riskini artırdığı təxmin edilir, amma birbaşa olaraq Alsgeymerə səbəb olması elmi sübut olunmayıb. Qripi ağır keçirənlər immun sistemi zəif olanlardır. Öz növbəsində elə əvvəldən immuniteti zəif olanlarda neyrodegenerativ xəstəliklər yaranır. Çünki orqanizmdə iltihabi proseslər güclü olur. Ona görə də qripi vaxtında müalicə etmək, ağırlaşmasına imkan verməmək, infeksiyanı ayaq üstə yox, sakit, yataq rejimində keçirmək lazımdır. Qızdırmalı halda ayaq üstündə qalmaq, gəzmək olmaz. İldə 1 dəfə nevroloq müayinəsindən keçin".
“Bunlardan biri koronavirusdur, digəri isə influensa, yəni qrip virusudur. Ümumiyyətlə, kəskin respirator infeksiyaları, yəni yuxarı tənəffüs yollarını tutan xəstəliklər, zökəm əlamətləri ilə müşahidə olunan xəstəlikləri 200-dən çox virus törədir. Bu viruslar da müxtəlif kliniki simptomlara malikdir. Bunların içində ən ağır gedən qripdir. Qrip COVİD -19-dan başqa digər viruslar arasında ən ağır keçirilən xəstəlikdir.Yəni yüngül deyil. Qızdırma ilə müşahidə olunur. Boğaz ağrısı, burun tutulması, burun axması müşahidə edilir. Sümük, əzələ ağrıları ola bilir. Bu, uşaqlarda, yaşı 65-dən çox olan şəxslərdə pnevmoniya ilə ağırlaşa bilir. Digər ağırlaşmalar da olur. Qulaq iltihabı, sinusidlər olur, hətta sinir sisteminə təsir edir. Bunların içində ən ağır olanı pnevmoniyadır, çünki bu, ölümcül bir xəstəlikdir. Ona görə qrip bu cür fəsadlar törətdiyinə görə yüngül xəstəlik deyil. Hazırda insanların yoluxduğu xəstəlik qripdir. Bu qrip də sürətlə yayılır. İnsanlar karantin qaydalarına riayət etmirlər, maska taxmırlar. Belə olan halda da birindən digərinə yoluxur. İnsanlar bilə-bilə ki, qonaq getdiyi evdə xəstə var, yenə də gedirlər. Buna ehtiyac yoxdur, yoluxma hallını artırırlar”.
“Ölənlər koronavirusdan dünyasını dəyişirlər. Çünki xəstəxanada yatan şəxslər koronavirusa yoluxanlardır. Əgər analiz nəticəsi koronavirus çıxmırsa, adətən xəstəxanaya götürmürlər. Koronavirus və ağırlaşma varsa, o zaman xəstəxanaya götürülər. Ölüm səbəbi isə xəstələrin həkimə gec müraciət etməsi ilə bağlıdır. Əvvəllər koronavirusun simptomları olan kimi həkimə müraciət edilirdi. Artıq insanlarda qorxu yoxdur, həm də qrip virusu da var deyə hamı bunun qrip olduğunu zənn edir. COVİD-ə yoluxduğunu qəbul etmək istəmirlər. O zaman müraciət edirlər ki, artıq 7-10 gün keçmiş olur. Artıq ikitərəfli pnevmoniya olur, saturasiya düşür. Təbii ki, xəstələri bu vəziyyətdən çıxarmaq çətin məsələdir. Ölüm sayı da buna görə çoxdur. Ona görə də hər dəfə deyirik ki, risk qrupuna aid olanlar vaksin olunmalıdırlar ki, xəstəliyi ağır keçirməsinlər. O ki qaldı koronavirusun gizlədilməsi məsələsinə, bunlar əsası olmayan söhbətlərdir. Həqiqəti əks etdirmir. Bunu hansı həkim deyibsə, o bu işin içində deyil. Bu işin içində olan adam kimi daha dəqiq bilirəm. Bizə yaxınlaşan insanların hamısını müayinə edirik, yaxma götürüb, analizə göndəririk. Onların çoxunda koronavirus çıxmır. Əgər burada koronavirusla bağlı xəstəlik olsa, yeni ştamm olsa da koronavirus testi pozitiv olmalıdır. Amma nəticələr bunu göstərmir. Bu da onu deməyə əsas verir ki, bu koronavirus deyil, qrip virusudur. Qrip virusunu da test edib yoxlamaq olur. Hazırda yayılan qrip epidemiyasıdır. Bu qrip epidemiyası demək olar ki, bir ildən bir olur. Sadəcə olaraq, son iki-üç il ərzində koronavirus pandemiyasına görə qrip müşahidə olunmurdu. Bu da maskadan istifadə, gigiyena qaydalarının hesabına baş vermişdi. Koronavirusla bağlı məsələ artıq bitib, yüngül yoluxmalar var, onlar da immun sistemi zəif olanlarda müşahidə edilir. Ya da ümumiyyətlə yoluxub sağalmayanlardır. Bundan sonra koronavirusun bizim ölkədə epidemiya törətmək şansı yoxdur”.
Ürək çatışmazlığı durğunluqla özünü biruzə verir.
Ürəkdə o zaman ciddi xəstəlik yaranır ki, o qanla kifayət qədər oksigen ala bilmir və funksiyası zəifləyir.
“Medicina” xəbər verir ki, kardioloq Con Uayt keçirilmiş kovid və qripdən sonra miokarditin iltihablanması nəticəsində ürək çatışmazlığının yarana biləcəyini deyib.
Yüksək təzyiq, böyrək, şəkər, zob xəstəlikləri, spirtli içki, tütün, piylənmə də ürək çatışmazlığı riski yaradır.
Ürək çatışmazlığı olanlar sakit infarkt keçirir və güclü ağrı, simptom hiss etmir.
Ürək çatışmazlığı olanlar əzgin olur, aktiv həyat keçirə bilmir, tez yorulur, eləcə də xarici görünüşündə dəyişiklik baş verir.
Xəstələrdə ayaq, əl, üz, qarın şişir, ödemləşir, maye böyrəklər vasitəsilə çətin qovulur. Belə adamlar gecə yuxudan 2 dəfə, 3 dəfə sidiyə oyanır.
Ürək çatışmazlığının digər əlamətləri:
-Qanazlığı
-Təngnəfəslik
-Enerji azlığı
-Ürək döyüntüsü artması
-Soyuq əllər, soyuq əllər
-Dırnaq və dəridə göyərmə
-Baş hərlənmə
-Narahatlıq, çırpınma
-Yuxuda boğulma
Ürək çatışmazlığını gözardı etmək olmaz, vaxtında aşkar olunmalı və müalicə edilməlidir.
Çünki ürək normal işləmədikdə ağciyərlər, beyin, qaraciyər, böyrəklər sıradan çıxır.
Aygün Musayeva
Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.
"Medicina" xəbər verir ki, xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:
"Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə qanında virus yayıldığı üçün qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Hazırda qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var və bir-iki günə hər şey dəqiqləşəcək. Allah köməyimiz olsun".
Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyəryindən müalicə alırdı. Lakin ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 698 nəfər müalicə olunaraq sağalıb, 10 087 nəfər vəfat edib, aktiv xəstə sayı 198 nəfərdir.
Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 489 399 test aparılıb.
İnsanlar arasında yatmaqla keçməyən, istirahətlə azalmayan xroniki yorğunluq sindromu artmaqdadır.
Bəs bu insanlar tibbi müayinəyə nədən başlamalıdır?
Bakupost.az xəbər verir ki, terapevt Filipp Kuzmenko bitməyən yorğunluğa hansı xəstəliklərin səbəb olması barərə açıqlama verib.
“Əgər yorğunluq 2 həftədən çox çəkirsə və yaxşılaşma yoxdursa, o zaman həkimə getmək mütləqdir. Çox ehtimal ki, bu 2 səbəbdən baş verib: birinci ən əsası psixika, psixoloji səbəblər.
İnsan stresdədir, gərgindir, depressiyadadır və s.
İkinci səbəb – orqanizmin fiziki yorğunluğudur, bu altda yatan hansısa xəstəliyin təzahürüdür.
Anemiya, qanazlığı, dəmir defisiti, qalxanvari vəzinin hormonal pozulmaları – hipoterioz güc və enerjini tamamilə azaldır.
Bədəndə, beyində oksigen aclığı yaranır, zülal sayı düşür, insan yüngül fiziki hərəkətdən yorulur.
Bu zaman xəstədə aşağıdakı əlamətlər də olur:
- Yuxululuq
- Başgicəllənmə
- Huş itmə
- Dumanlanma
- Qulaqlarda küy
- Gözlərdə qarışqa gəzişməsi
- Təngnəfəslik
- Ürəkdöyünmə
- Yuxu pozulması
- Tərləmə
- Depressiya
- Həvəssizlik
Məsələ bundadır ki, anemiyası olanların 50%-də hipoterioz vardır.
Bu patologiyaları istisna etmək üçün cəmi 2 analiz lazımdır: qan ümumi və TSH analizi.
Anemiya qan ümumi analizdə, hormonal disbalans isə TSH-nəticəsində görünəcək. TSH normadan yüksəkdirsə, endokrinoloqa getmək vacibdir.
Aygün Musayeva
“Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır”.
"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.
Uşaqlarda diabetin ilkin əlamətlərini açıqlayan həkim bildirib ki, birinci tip diabetdə ifrat sidiyə getmə, hədsiz su içmə, çox qida qəbulu və buna baxmayaraq halsızlıq, yorğunluq əlamətləri olur:
"Sonrakı mərhələdə ağızdan pis qoxunun gəlməsi kimi əlamətlər kəskinləşir. İkinci tip diabetdə əlamətlər gec ortaya çıxır. Bu uşaqlar hədsiz çəkidən əziyyət çəkirlər. Əsəbilik, halsızlıq, ağızqurusu kimi əlamətlər də zamanla özünü göstərir".
Həkim qeyd edib ki, I tip diabet daha çox 5-7 yaş aralığında olan, həmçinin yeni doğulmuş uşaqlarda daha çox rast gəlinir. İkinci tip diabet isə 10 yaşdan sonra özünü göstərə bilir.
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.
“Medicina” xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.
“Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.
Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.
Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla – içməyi unudasız.
Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur”.
Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir.
Aygün Musayeva
"Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər".
"Medicina"xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
"Bu da diabet xəstəliyinin genetik faktorlu olmasından qaynaqllanır. Ən çox rast gəlinən növ - 1-ci tip diabetdi və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tib diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”, - o vurğulayıb.
Azərbaycanda hər il şəkər xəstələrinin sayı artır.
Qusar rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Mübariz Zeynalov dövlət əmlakını talamaqda ittiham olunub.
"Medicina" az Teleqraf.com-a istinadla xəbər verir ki, o, pandemiya dövründə həkim və başqa tibb işçilərinə artıq maaş yazıb, əlavə vəsaiti özü mənimsəməkdə təqsirləndirilib.
İttihama görə, COVİD-li xəstələrlə işləyən tibb işçilərinin aylıq vəzifə maaşının 3 misli miqdarında əlavə nəzərdə tutulsa da, Mübariz Zeynalov cədvəldə bu rəqəmi 5 misli göstərib. Arada olan fərqi isə özü mənimsəyib.
Cinayət işinin materiallarında göstərilib ki, 13 nəfərin maaş kartına köçən 12 min 800 manatdan artıq vəsait son nəticədə Mübariz Zeynalova çatıb.
Zeynalov həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə ittiham olunur.
İttihama əsasən, xəstəxanada ödənişli tibbi xidmətlərin göstərilməsi nəticəsində 3444 ədəd qəbzlə kassada toplanmış ümumilikdə 53 min 800 manatı Mübariz Zeynalov götürüb. Bu vəsaitin cəmi 70 manatını xəstəxananın bank hesabına köçürüb, qalanını isə özünə saxlayıb.
Rüşvət məsələsinə gəlincə, sabiq baş həkim xəstəxananın həkim-stomotoloqundan artıq köhnəlib yararsız hala düşmüş 5 çıxışlı stomatoloji kreslonun əvəzinə yenisini almaqdan ötrü 2 min manat rüşvət almaqda ittiham olunub. Mübariz Zeynalovdan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də elə həmin stomatoloq şikayət edib.
Onun üzərinə kiçik kamera yerləşdirilib və bunun vasitəsilə sonradan Mübariz Zeynalovun iş otağında aralarında olan söhbəti gizli şəkildə lentə alıb.
Bundan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mübariz Zeynalov həbs edilib.
İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-2019-cu illərdə Səhiyyə Nazirliyinin tabeliyində Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi, 2019-cu ilin sentyabrından həmin ilin sonunadək Səhiyyə Nazirliyinin tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru, 2020-ci ilin yanvarından şübəhli şəxs qismində tutulduğu vaxtadək TƏBİB-in tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
“Məcbur etməmişəm”
Mübariz Zeynalov bildirib ki, “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin stomatoloji kabinetinin həkim-stomatoloqu Samir 4 oktyabr 2021-ci ildə xidməti otağında ona müraciət edib və tibbi avadanlıq kimi istifadə etdiyi 5 çıxışlı stomatoloji kreslonun köhnələrək yararsız hala düşdüyünü bildirib:
“Avadanlığın yenisi ilə əvəz edilməsini xahiş etdi. Mən də etiraz etmədim. 2021-ci il üzrə maşın və avadanlıqların alınması üçün kotirovka sorğusu keçiriləcəyini, stomatoloji kabinetə tələb olunan qurğunun xəstəxana tərəfindən kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına salınmalı olduğunu bildirdim. Bunun müqabilində Samir öz istəyilə mənə əvvəlcə 3.000 manat məbləğində pul verəcəyini dedi. Mən etiraz etməsəm də, pul olmasa belə, tələb olunan qurğunu kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına yazdıra biləcəyimi qeyd etdim.
Samirdən həmin iş üçün hər hansı məbləğdə pul vəsaiti tələb etmədim. Çünki işlədiyim dövrdə xəstəxananın fəaliyyəti üçün lazım olan maşın və avadanlıqlar satınalma müsabiqəsi keçirilməklə kotirovka sorğusu və ya açıq tender vasitəsilə büdcə vəsaiti hesabına satın alınıb. Mən isə tibb müəssisəsinin rəhbəri kimi xidməti vəzifəmə uyğun olaraq zəruri maşın və avadanlıqların alınmasını təşkil etmək səlahiyyətinə malik olmuşam.
Heç vaxt xəstəxanaya malların (işlərin və xidmətlərin) satın alınması müqabilində işçilərdən pul, başqa nemət istəməmişəm. Samir mənə əvvəlcə 3.000 manat verəcəyini bildirsə də, sonradan maddi durumuna görə həmin məbləği verə bilməyəcəyini, könüllü olaraq 2.000 manat məbləğində pul verəcəyini dedi. Biz razılaşdıq. Samir qısa müddət ərzində pulu gətirəcəyini bildirdi. Lakin Samirin pulu verəcəyinə inanmamaqla yanaşı, onu buna məcbur etməmişəm”.
“Məbləği endirməyi təklif etsə də, razılıq vermədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 11-də saat 14 radələrində Samir yenidən onun xidməti otağına gəlib:
“Salamlaşıb hal-əhval tutduqdan sonra istifadəsində olan stomatoloji kreslonun köhnəldiyini, praktiki cəhətdən istifadəsinin mümkün olmadığını, həmçinin pandemiya dövründə işləyə bilmədiyi üçün maddi imkanının zəif olması ilə əlaqədar vəd etdiyi məbləği azaltmaq istədiyini bildirdi. Mən isə Samirə pandemiya dövründə də işlərinin yaxşı olduğunu dedim. Daxili stasionar telefonla 133 nömrəsini yığdım, satınalma şöbəsinin müdirinə zəng edərək alınması nəzərdə tutulmuş tibbi avadanlıqların siyahısına 5 çıxışlı stomatoloji kreslonu da yazmağını tapşırdım. Samir tibbi avadanlığın sifarişi üçün özünün könüllü olaraq vəd etdiyi pulun yarısını hazırladığını, qalanını isə 2-3 gün, ən geci 1 həftə ərzində hazırlayacağını dedi.
Cibindən çıxardığı 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayaraq 1000 manatı mənə verdi. Mən isə pulu götürərək masanın üzərindəki kitablardan birinin altına qoydum. Samir avadanlığın alınmasını tezləşdirməyimi xahiş etsə də, həmin qurğunu hansı şirkətdən alacağımı qabaqcadan bilmədiyimi, ən geci 1 aya məsələnin öz həllini tapacağını bildirdim. Samir vəd etdiyi ümumi məbləği 1500 manata endirməyi təklif etsə də, razılıq vermədim. Samir sağollaşaraq otaqdan çıxdı”.
“Sövdələşməm olmayıb”
Mübarizin ifadəsinə görə, oktyabrın 19-da, saat 11-12 radələrində Samir yenidən onun xidməti otağına gəlib: "Hal-əhval tutduqdan sonra ordan-burdan söhbət etdik. Samir vəd etdiyi pulun qalanını da düzəltdiyini dedi və 1000 manatı mənə verdi. Mən isə öz növbəmdə pulu götürərək masanın üzərinə qoydum. Samir sifariş olunan stomatoloji kreslonun dişin plomblanması üçün istifadə edilən lazer, yəni şüa aparatı ilə təchiz olunub-olunmadığını soruşdu.
Mən isə bu barədə məlumatlı olmadığımı, lakin kabinetə müasir avadanlıq veriləcəyini, yəqin ki, həmin avadanlığın şüa aparatının da olacağını bildirdim. Samir sağollaşaraq otaqdan çıxdıqdan sonra aldığım 1000 manatı əynimdəki pencəyin sol döş cibinə qoydum.
İstintaq materiallarına əlavə edilmiş əməliyyat çəkilişinin video görüntülərindəki şəxslərdən biri mən, digəri, yəni üzərinə yerləşdirilmiş video qeydiyyat cihazı vasitəsilə çəkiliş aparan şəxs isə Samirdir. Çəkiliş zamanı xidməti otağımda ikimizdən başqa şəxs olmayıb. Samirdən aldığım 2000 manat məbləğində puldan xəstəxananın satınalma şöbəsinin müdirinə və ya digər şəxsə hər hansı məbləğdə pul verməmişəm. Habelə digər şəxslərlə əvvəlcədən cari məsələ ilə bağlı sövdələşməm olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, “Direktorun nümunəvi vəzifə Təlimatı”na əsasən, onun tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək səlahiyyətləri olub:
“Həmin səlahiyyətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün tibb müəssisəsinin rəhbəri kimi şöbə, bölmə və digər struktur qurumların işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi üçün kotirovka sorğusu ilə yeni qurğu, avadanlıqlarla təchiz edilməsini, habelə istismar müddəti bitmiş, istifadəyə yararsız hesab edilən qurğu, avadanlıqların yenisi ilə əvəz edilməsini təşkil etmək, bu istiqamətdə görülən işlərə nəzarət etmək öhdəliyi daşımışam. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmiş işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi barədə qərar olub.
İnfeksiya ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, o cümlədən qeyri-tibb işçiləri 2020-ci ilin mart-iyul ayları ərzində virusa yoluxma riski yüksək olan şəraitdə işlədiklərinə görə onlara vəzifə maaşının 3 misli əvəzinə 4 və 5 misli miqdarında müddətli əlavələr hesablanaraq ödənilib. 13 dekabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən, bankın Quba filialı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin tərkibində müştəri üçün hesablaşma-kassa xidmətləri göstərməyə başlayıb.
2020-ci ilin yanvarından etibarən xəstəxanada göstərilən pullu tibbi xidmətlərə görə kassa əməliyyatlarının aparılması məqsədi ilə bankın əməkdaşı xəstəxananın kassasında əyləşib. “COVID-19” infeksiyası ilə bağlı Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi tətbiq edildiyindən “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin bağlanması səbəbindən 18 iyun 2020-ci ildən bank tərəfindən xəstəxananın kassasında xidmətlərin göstərilməsi dayandırıldı.
2020-ci ilin dekabrından isə faktiki olaraq həmin xidmətlərin göstərilməsi yenidən bərpa edildi. Bankın əməkdaşı “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin kassasında bank xidmətləri göstərdiyi müddətdə kassada onunla yanaşı xəstəxananın xəzinədarı da əyləşib. Bankın əməkdaşı bankın sistemində, xəstəxananın xəzinədarı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sistemində işləyib”.
“Pulu banka təhvil verib”
Baş həkim qeyd edib ki, hər hansı bir pasiyent pullu tibbi xidmətin göstərilməsi ilə əlaqədar müraciət etdikdə, əvvəlcə xəstəxananın xəzinədarı tərəfindən xəstəxananın sistemində xəstənin adına olan ödəniş təsdiq edilib: “Daha sonra bankın əməkdaşı vətəndaşdan ödənişi qəbul edib və bankın sistemində həmin məbləği xəstəxananın hesabına mədaxil edib. Aldığım pulu günün sonunadək kassadakı seyfdə saxlamışam, ödənişə uyğun olaraq vətəndaşa üzərində bankın möhürü olan qəbz verilib.
Qəbzin digər nüsxələri isə xəstəxanada və bankda qalıb. Hər günün sonunda bankın əməkdaşı işlədiyi bankın Quba filialının avtomobili, sürücüsü ilə pulu həmin banka apararaq təhvil verib. Bankın əməkdaşı hər həftə içi beş gün saat 09.00-dan saat 16.00-dək xəstəxananın kassasında xidmət göstərib. Bir müddət iş rejiminə həftənin şənbə günü günorta saatlarınadək xidmət göstərmək də daxil olub. Bankın əməkdaşı xəstəxananın kassasında xidmət göstərmədiyi günlərdə və saatlarda isə vətəndaşlar tərəfindən edilən ödənişlər xəstəxananın xəzinədarı tərəfindən qəbul edilib.
Növbəti iş günü bankın əməkdaşı işə getdikdə həmin xəzinədar tərəfindən pul vəsaiti və qəbzin bir nüsxəsi ona təhvil verilib. Bankın əməkdaşı isə həmin məbləği bankın sistemində xəstəxananın hesabına mədaxil edib, toplanan vəsaitləri banka təhvil verib”.
“Pulu otağımda mənə veriblər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin iyun ayının ortalarından dekabr ayının ortalarınadək “COVID-19” pandemiyası ilə əlaqədar bank xəstəxananın kassasında xidmət göstərmədiyi müddətdə bank tərəfindən vətəndaşlardan heç bir ödəniş qəbul edilməyib:
“Pullu tibbi xidmətlərə görə toplanan məbləğlər qismən bank hesabına mədaxil edilib. Bank tərəfindən hesablaşma-kassa xidmətlərinin göstərildiyi dövrdə bankın əməkdaşının sərəncamında banka məxsus seyf olduğundan həmin əməkdaş qəbul etdiyi pulları seyfə yığıb, iş gününün sonunda özü ilə apararaq hesaba mədaxil edib. Bank tərəfindən həmin xidmətlərin göstərilməsinin müvəqqəti dayandırıldığı müddət ərzində isə kassada xəzinədar Cəlal və qeydiyyatçı Oksana əyləşərək pulları qəbul edib. Onların həmin pulları bank hesabına mədaxil edənədək təhlükəsiz şəraitdə saxlamaq üçün seyfləri, həmçinin hər iş gününün sonunda pulların etibarlı şəraitdə Quba şəhərinə aparılaraq bank hesabına mədaxil olunmasını təmin etmək üçün xəstəxananın inkassator sistemi mövcud olmayıb.
Ona görə də müəssisənin əmlakının qorunub-saxlanılmasına cavabdeh şəxs kimi kassada pulları qəbul edən şəxslərə hər iş gününün sonunda topladıqları vəsaitləri özümə təhvil vermələrini tapşırmışam. Həmin pulları otağımdakı seyfdə saxlayacağımı və mütəmadi olaraq Quba şəhərinə apararaq bank hesabına mədaxil edəcəyimi bildirmişəm. Xəzinədar və qeydiyyatçı isə tapşırıq əsasında tibbi xidmətlərin göstərilməsinə görə pasiyentlərdən qəbul etdikləri pul vəsaitlərini heç bir rəsmiləşdirmə olmadan müntəzəm surətdə xidməti otağımda mənə təhvil veriblər”.
“Diqqətsizliyə yol verdiyimi etiraf edirəm”
Mübariz qeyd edib ki, iyundan dekabradək olan müddət ərzində bu qaydada ümumilikdə 53.756 manat məbləğində pul vəsaitini hesaba mədaxil etmədən otağındakı seyfdə saxlayıb: “Lakin şəxsi ehtiyaclarıma sərf etməmişəm və yoxlamadan sonra hesaba köçürmüşəm. Pulları müntəzəm surətdə mənə təhvil vermiş Cəlal və Oksanaya həmin vəsaitləri hesaba köçürüb-köçürməməsi barədə açıqlama verməmişəm. Onlar pulların mütəmadi olaraq hesaba köçürüldüyünü zənn ediblər.
Ödənişin gecikməsinin səbəblərindən biri vaxt məhdudiyyəti baxımından Qubaya banka gedə bilməməyim olub. Pulu banka aparmaq üçün isə başqa şəxsə etibar etməmişəm. Bu məbləğin hamısını Maliyyə Nazirliyinin müvafiq yoxlamasından sonra xəstəxananın bankda olan hesabına ödəyərək, pulu uzun müddət saxlamadan tez bir zamanda hesaba ödəməli olduğumu, bununla bağlı diqqətsizliyə yol verdiyimi etiraf edirəm. “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərdə fəal iştirak etmişəm”.
Mübariz bildirib ki, təqsiri olmasa da, dəymiş ziyanı ödəyib: “Ailə üzvlərim tərəfindən dəymiş ziyanın əlli faizi məbləğində pul dövlət büdcəsinə ödənilib”.
Zərərçəkmiş qismində tanınan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndəsi ziyanın ödənildiyini əsas gətirərək, Mübariz Zeynalova qarşı şikayət və tələblərinin olmadığını bildirib.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 7 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin o, 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, sabiq baş həkimin həbsindən sonra onun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Lakin məhkəmə hökm çıxararkən həmin əmlaklarla bağlı məsələyə toxunmayıb.
İstintaqın gedişində xəstəxanada təxminən yarım milyonluq tenderdə pozuntular aşkarlanıb. Mübariz Zeynalovun işi məhkəməyə göndəriləndə bununla əlaqədar cinayət işi ayrılıb. Həmin iş üzrə istintaq gedir. O cinayət işinin nəticəsindən asılı olaraq, əmlaklarla bağlı sonra qərar veriləcək. Hələlik isə əmlaklar üzərində həbs qalır.
Mübariz Zeynalovun adı bir neçə il öncə başqa bir cinayət işində də hallanıb. Həmin işdə o, zərərçəkmiş kimi tanınıb. İddia olunurdu ki, Mübariz Zeynalovu şəxsi həyatına aid görüntü və məlumatları yaymaqla hədələyib, ondan pul alıblar.
Həmin iş üzrə təqsirləndirilən şəxslər isə bildirirdilər ki, Mübariz Zeynalov yalan danışır, 130 min manatı şantaj müqabilində yox, Qusardan Sumqayıt Mərkəzi Xəstəxanasına baş həkim gəlmək üçün verib.
Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonradan yaranma.
Bakupost.az xəbər verir ki, onkoloq Dmitriy Korobkov iki tip xərçəngin fərqini izah edib.
“Bir çox irsi xərçənglər erkən uşaq və yeniyetmə yaşında artıq özünü biruzə verir, 40 yaşa kimi gözləmir.
Amma onkoloji xəstəliyin 100% irsi olması doğru deyil.
Dunyada sporadik – yəni təsadüfi xərçənglər daha çoxdur.
“Əgər xəstədə 40 yaşa qədər, xüsusən 15-20 yaşlarda onkoloji proses aşkarlanıbsa, o zaman nəsildə, qohumlar arasında oxşar diaqnozu araşdırmaq və genetiklə məsləhətləşmək lazımdır. Bu müalicə üçün vacibdir. Çünki irsi xərçəng xəstəliklərinin müalicəsində fərqli dərmanlar olur.
Sonradan, təsadüfi yaranmış şişlərdə isə insanın həyat tərzi, qidalanması rol oynayır.
Fiziki aktivlik, gigiyena, sağlam qidalanma, stresdən uzaq olmaq riski azaldır.
Xərçəng heç müalicə olunmur sözü mifdir. Erkən aşkar olunduqda çox yaxşı əməliyyat və müalicə olunur, amma xəstə ilk 5 ildə kritik dönəmdə hesab olunur”.
Aygün Musayeva