• Şikayət et

Məhkəmə məşhur aktrisaya bəraət verdi

Meral Kaplan dörd ayrı ittiham üzrə bəraət qazanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Meral Kaplan dörd ayrı ittiham üzrə bəraət qazanıb. İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə aktrisanı müttəhim kürsüsünə oturdan hadisə belə izah edilib:

"Erhan Kiani və Meral Kaplanın boşanma mərhələsində olduğu və ayrı yaşadıqları dövrdə uşaqların gözü qarşısında kriminal hadisələr yaşanıb. Meral Kaplan 13 oktyabr 2020-ci il tarixində uşağını götürmək üçün Erhan Kianinin iş yerinə gedib. Kaplanın iş yerinə girməsini istəməyən Kiani işçiləri vasitəsilə uşağı anasının yanına göndərib. Bu vaxt qapı açılanda Meral Kaplan içəri girərək Kianinin ofisinə gedib və onu təhdid edib”.

Erhan Kiani də Meral Kaplanı ofisə daxil etməmək üçün onu bir dəfə itələyib. Bu sırada işçi Levent ilə Meral Kaplan arasında əlbəyaxa dava düşüb. Meral Kaplan hadisə yerinə gedən polisə döyüldüyünü deyib. O, döyülmə hesabatı alaraq Erhan Kianidən şikayət edib. Məhkəmə-tibbi ekspertizanın rəyində Kaplanın sadəcə yaralandığı qeyd olunub.

Meral Kaplanın vəkili Bayram Sak kamera qeydlərində Kaplanın heç bir cinayət törətmədiyini bildirib və onun bəraət qazanmasını istəyib.

Məhkəmə işi yekunlaşdırıb və Meral Kaplana bütün ittihamlardan ayrı bəraət verilməsinə qərar verib.
 
Ayşən
Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar