Meksikada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus "Learjet" təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti polisə istinadən bildirib.

Məlumata görə, hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib.

Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə məlumat yoxdur.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
824
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar