"Mənim də çox adamdan xoşu gəlmir - Deyim ki, o, milliyə layiq deyil?"

"Hansısa futbolçumuzun milliyə layiq olmaması ilə bağlı fikirlər bir az ağır ittihamdır. Mənə maraqlıdır, onlar kimə görə layiq deyil"?

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş Ayxan Abbasov "ReSport" verilişində Azərbaycan millisinə dəvət alan bəzi futbolçularının tənqid olunmalarına münasibət bildirərkən deyib.

40 yaşlı mütəxəssis deyib ki, bu, yığmanın baş məşqçisi Canni De Byazinin qərarıdır: "Mənim də çox adamdan xoşu gəlmir. Deyim ki, o, milliyə layiq deyil?

Burada cavabdeh insanlar var. Baş məşqçi dəvət göndərirsə, deməli, onlara inanır. Bu gün Rəhim Sadıxov, Xəyal Nəcəfov yığmada oynamağa layiq deyil?

Kimi nəzərdə tuturlar? Bədəlovun adını çox çəkirlər. Halbuki sabit çıxış edir. Sual versəniz ki, çağırılmayan futbolçulardan millidə görmək istədikləriniz var?

Əlbəttə, var. Elə oyunçular var ki, çıxışını bəyənirəm. Amma yığmanın baş məşqçisinin baxışı fərqlidir".

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
13
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar