Mənzil təminatında son vəziyyət və evi kreditlə necə alaq?

Mənzil fondunun dinamikasında baş verən uzunmüddətli trendlərin analizi və sərfəlilik dərəcəsi bir neçə aspektdən maraqlıdır. İqtisadi şərtlərin (iş yerləri və yüksək maaş imkanları, təhsil və sağlamlıq infrastrukturunun əlçatanalığı, keyfiyyərtli nəqliyyat və kommunal xidmətləri və s.) mövcudluğu məskunlaşmaya daha həlledici təsir göstərir. Sərfəlilik dərəcəsində ilkin depozit və faiz dərəcəsi həlledici rol oynayır. Ölkəmizin mövcud reallığını nəzərə alsaq, görərik ki, paytaxt və ətrafında mənzilə investisiya qoyuluşunu cəlbedici edən yalnız gəlir etmək imkanı ilə bağlı deyil. Ölkənin bölgələrində daşınmaz əmlakı hətta banklar girov kimi də qəbul etməkdən imtina edir, yalnız Abşeron yarımadasındakı mənzillərin kredit münasibətlərində iqtisadi dəyəri mövcuddur.Bəs iqtisadi dəyərin yüksək olduğu şəhər və bölkələrdə kreditlə evi necə daha sərfəli alaq. Azərbaycanda mənzil təminatının yaxşılaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bir neçə istiqamətdə yollar mövcuddur.

  • Dövlət İpotekası
  • Satınalma öhdəliyi ilə kirayə mənzil mexanizmi
  • Bankların daxili ipoteka krediti

Dövlət ipotekası ilə ev alarkən ilkin ödəniş məbləği, həmçinin illik faiz dərəcəsi müəyyən şərtlər daxilində dəyişir. Bəzi banklar ipoteka kreditini güzəştsiz verdikdə 8%, bəziləri isə 7% ilə verir. Lakin güzəştli şərtlərlə yalnız 4% ilə ipoteka krediti verilir. İlkin ödəniş məbləği isə 15-30% arası dəyişir. Bu isə 100 min manatlıq evin minimum 15 min, maksimum 30 min mnat həcmində ilkin ödənişi deməkdir. Lakin satınalma öhdəliyi ilə kirayə mənzil sistemində təyin edilən kirayə məbləğinin 1 illik ödənişi tələb edilir və burada illik faiz məbləği 4% həcmində müəyyən edilir. Kirayə mənzil sistemində mənzil seçiminin məhdud olması birinci variantla onu rəqabətdə geri salır, lakin illik faiz dərəcəsi və ilkin ödəniş məbləğinin sərfəlilik dərəcəsinə görə kirayə mənzil sistemi rəqabətdə birbaşa üstün olmuş olur. Bankların daxili ipotekası isə rəsmi gəliri olmayan, yaxud fərdi sahibkarlara yönəlib. Burad faiz dərəcəsi müəyyən qədər istehlak kreditə yaxındır. İllik faiz dərəcəsi 10-12% arasında dəyişir. İpoteka kreditlərinin hər birində ortaq nöqtə coğrafi amildir ki, bu da urbanizasiyanı sürətləndirir və mənzil sayının böyükşəhərlərdə artmasına zəruriyyət yaradır. Məsələn, Bakı, Sumqayıt və Abşeronda rayon qeydiyyatı ilə məskunalaşmış insanlar da mənzil sahibi olurlar. Nəticədə faktiki yaşayış yerindən asılı olmayaraq rəsmi statistikada əhalinin dinamikasında baş verən dəyişiklər qeydiyyat ərazisi üzrə, mənzil fondunun dinamikasında baş verən dəyişiklik isə tikintinin aparıldığı ərazi üzrə əks olunur. Elə bunun nəticəsidir ki, 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140%-ə yaxın genişləndiyi halda, ölkə üzrə bu göstərici 24.5%, bir sıra bölgələr üzrə 10-20% intervalında dəyişib. Əhalinin hər 1000 nəfəri hesabı ilə mənzillərin sayı (ən yüksək 10 və ən aşağı 10 göstəriciyə malik 20 bölgənin timsalında)

Əhalinin hər 1000 nəfərinə düşən mənzil sayına görə Azərbaycan üzrə orta göstərici 213 ədəddir və 33 bölgənin göstəricisi bu həddən yüksək, 24 bölgə üzrə isə aşağıdır. Mütləq ifadədə 2019-cu ilin yekunlarına görə, ölkədə təxmini 2 mln. 147 min mənzil mövcud olub ki, ondan təxmini 762 min və ya bütün mənzillərin 36%-i Bakı, Sumqayıt və Abşeronun, yerdə qalan təqribən 1 mln. 385 min və ya 64%-i isə yerdə qalan bölgələrin payına düşür.

Müəllif: Fariz Əzimov

Mənbə:
0
375
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar