• Şikayət et

Mənzillərə görə nə qədər vergi ödəniləcək? - Ekspert

Bu il paytaxtda yerləşən bir çox fərdi evlərə və mənzillərə bələdiyyələr tərəfindən əmlak vergisinin ödənilməsi barədə xəbərdarlıq qəbzi göndərilib. Maraqlıdır, daşınmaz əmlak sahibləri üçün nəzərdə tutulan bu vergi hansı qanunla tənzimlənir və onun məbləği nəyə əsasən hesablanır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, bununla bağlı qərar hələ 2003-cü ildən verilib:

“Yaşayış evlərinə və mənzillərə görə əmlak vergisi ödənilməsi bələdiyyələr haqqında əsasnaməyə və vergi qanunvericiliyinə, yəni bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnaməyə görə tənzimlənir. Bu qanun isə 17 iyun 2003-cü il tarixində qəbul edilib. Paytaxtda bir çox mənzillərə xəbərdarlıq göndərilməsi texniki məsələlərlə bağlıdır. Prezident İlham Əliyevin çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19 fevral 2019-cu il tarixli fərmanından sonra çoxmənzilli binaların əksəriyyəti istismara qəbul edildi. Ola bilər ki, bələdiyyələr proses başa çatdıqdan sonra bu məsələni sürətləndiriblər. Çünki mənzil fondunun böyük əksəriyyətini istismara qəbul edilməyən o binalar təşkil edirdi. Regionlarda isə uzun illərdir ki, bələdiyyələr bu vergini alırdı. Paytaxtın bəzi hissələrində bu ildən tətbiq edilib”.

Ekspert vergi miqdarının paytaxt və regionlar üçün fərqli olduğunu qeyd edib:

“Vətəndaşlar mənzilinin və ya fərdi yaşayış evinin 30 kv.metri istisna olmaqla, digər sahəsinə görə (yalnız yaşayış sahəsinə aiddir, hamam, mətbəx və balkonlar deyil – red.) vergi ödəməlidir. Bu vergi məbləği paytaxt Bakı və regionlar üzrə fərqlənir. Bakı və Abşeronda evin kvadrat metrinə görə illik 0.60-1 manat arası, regionlarda isə 0.5 manat hesablanır”.

Mənbə:
0
7
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar