• Şikayət et

Mercedes-Benz illik abunəlik müqabilində elektromobillərinin mühərriklərini gücləndirməyi təklif edib


    Mercedes-Benz şirkəti EQE EQS elektromobillərinin sahiblərinə yeni xidmətini təklif edib. Təklif edilən xidmət illik ödənişli abunəlik müqabilində mühərrikin gücünün artırılmasından ibarətdir. Sözügedən xidmət çərçivəsində mühərrikin fiziki təkmilləşdirilməsi nəzərdə tutulmur Elektromobil sahibi sadəcə olaraq illik ödəniş edərək şirkət tərəfindən daha öncədən mühərrikdə təyin edilmiş məhdudiyyəti aradan qaldırır. Şirkətin rəsmi saytında abunəlik ilə bağlı olan səhifəsində qeyd edilib ki, bu xidmət yaxın zamanda aktivləşəcək.

    Bununla yanaşı həmin səhifədə sözügedən xidmətin təqribi təsviri də əks olunub. Məlumatda qeyd edilib ki, illik 1200$ ödəniş müqabilində şirkət mühərrikin bonus gücünün 20-24%-ni aktivləşdirəcək. Bu isə öz növbəsində elektromobilin saatda 100 km sürəti 0.8-0.9 saniyəyə yığmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, mühərrik bu sürət göstəricisini sərgiləyə bilir. Sadəcə olaraq şirkət istehsalat mərhələsində bu imkanı software səviyyəsində bloklayıb. Son zamanlarda müxtəlif avtomobil brendləri öz məhsullarında müxtəlif növ abunəlikləri istifadəyə verirlər. Analitiklərin fikirlərinə əsasən bunun əsas səbəbi dünya bazarında avtomobil satışlarının aşağı düşməsi ilə əlaqəlidir.


Mənbə:
0
158
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar