Məşhur futbolçu “Qarabağ”dan gedən qardaşına nə məsləhət verdi?

"Yaxşı liqada çıxış edəcəyim üçün şadam.

Burada kifayət qədər səviyyəli futbolçular və məşqçilər var”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”dan ayrılan Uroş Matiçə məxsusdur.

Serbiyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən yay 2+1 illik müqavilə imzalanan Uroş Premyer Liqada 19 oyunda 1 qol vurub.

31 yaşlı legioner karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, "Abha" ilə 2 illik müqaviləyə qol çəkib.

Ölkəsinin mətbuatına danışan Matiç Türkiyədən bir neçə təklif aldığını gizlətməyib: “Keçidimi həll edən agentimə təşəkkür edirəm.

Türkiyədən bir neçə təklifim olsa da, qardaşım Nemanya Matiç buraya gəlməyimi məsləhət gördü.

Mən də "Abha"ya keçməyə qərar verdim. Düşünürəm ki, bu klubda yaxşı karyeram ola bilər".

Mənbə:
0
95
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar