'Messi - La Liqanın əsas sərvətidir: Bütün klubların gəliri ondan asılıdır' – İqtisadçı alim

İqtisadçı alim Jozep Fabra Lionel Messinin İspaniya çempionatındakı rolundan danışıb.
Qaynarinfo xəbər verir ki, bu haqda sports.ru saytının məlumatında deyilir. İqtisadçı Messisiz La Liqanın Messinin iştirak etdiyi La Liqa ilə eyni olmadığını bildirib:
"Messi ilə və Messisiz La Liqa markası eyni şey deyil.
Messi La Liqanın əsas futbol sərvətidir. O, təkcə "Barselona"nı deyil, bütün digər komandaları daha yaxşı edir.
Onun iştirak etdiyi turnirin potensialı daha yüksəkdir. Məsələn, La Liqa şousu üçün müqavilə bağlamaq və imic hüquqlarını satmaq onsuz daha çətindir. Bütün klubların gəliri Messidən asılıdır", - Fabra deyib.
Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatıb, yeni müqavilə isə hələ imzalanmayıb.
Ötən mövsüm argentinalı La Liqanın 35 oyununda 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Alpər

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar