• Şikayət et

Messi yenə Maradonaya çatdı

Argentina millisinin futbolçusu Lionel Messi daha bir statistikada Dieqo Maradonaya çatıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 35 yaşlı forvard buna dünya çempionatında Meksika ilə oyunda (2:0) fərqlənməklə nail olub.

O, bununla DÇ-lərdə vurduğu qol sayını 8-ə çatdırıb. Messi qol sayını həmvətənləri Dieqo Maradona və Gilyermo Stabile ilə bərabərləşdirib.

Hazırda PSJ-li hücumçu mundiallarda qol sayına görə argentinalılardan təkcə Qabriel Batistutadan (10) geri qalır.

Lionel Messi "gümüşlər ölkəsi"nin heyətində son 6 görüşündə 12 dəfə fərqlənib.

Qeyd edək ki, Argentina qrup mərhələsində sonuncu matçını Polşa yığmasına qarşı keçirəcək.

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar